Ölkə futbolu
“İstədiyimiz nəticəni əldə edə bilmədiyimiz üçün məyusam” – Ovusu
“Qarabağ”ın hücumçusu Kvabena Ovusu Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Vilyarreal”a 1:3 hesabı ilə məğlub olduqları oyunla bağlı fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun yeganə qolunun müəllifi olan futbolçu sosial şəbəkə hesabında paylaşım edib:
“Dünən gecə istədiyimiz nəticəni əldə edə bilmədiyimiz üçün məyusam. Avropa Liqasında ilk qolumu vurduğum üçün məmnunam. Mübarizəyə davam edəcəyik və növbəti həftə daha güclü şəkildə geri qayıdacağıq”.
“Qarabağ” qrup mərhələsinin ilk turunda İsrailin “Makkabi” klubuna minimal hesabla məğlub olmuşdu.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…