Dünya futbolu
İstanbul – finalda siftə edənlərin məkanı
“Mançester Siti” finalda üz-üzə gələcək “İnter” indiyədək avrokuboklarda qarşılaşmayıb. Ümumiyyətlə, bu, onların ilk rəsmi qarşılaşması olacaq.
Futbolinfo.az xəbər verir ki, iyunun 10-da İstanbulda qarşılaşacaq rəqiblərin siftəsinin finala təsadüf etməsi çox maraqlıdır. Daha bir qəribəlik tarixin təkrarlanmasıdır. Çünki indiyədək belə hal yalnız bir dəfə yaşanıb. Maraqlıdır ki, o zaman – 2005-ci ildə “Milan”la “Liverpul”un avrokuboklardakı ilk dueli də finala təsadüf etmişdi və yenə məkan İstanbul idi.