Dünya futbolu
İtaliya klubu milli üzvü ilə gücləndi
İtaliyanın “Cenoa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi Avstriyanın “Zalsburq” klubunun müdafiəçisi Jerom Onqueneni heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İtaliya təmsilçisi kamerunlu oyunçunu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb.
Onquene “Zalsburq”dan öncə “Soşo” və “Liferinq” klublarında da çıxış edib. O, 2017-ci ildən Avstriya təmsilçisinin uğurları üçün çalışırdı. 23 yaşlı futbolçu Kamerun yığmasına da dəvət alır.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq