Dünya futbolu
İtaliya millisində əlcəzairli futbolçu?
İtaliya millisi üçün yeni istedadlar axtarışında olan Roberto Mançini bu ölkəyə bağlılığı olan bütün futbolçulara diqqət edir. Baş məşqçi Argentinadan yığmaya cəlb etdiyi Mateo Reteginin ardınca indi də üzünü Fransaya çevirib.
Futbolinfo.az “La Republica”ya istinadla xəbər verir ki, Mançininin növbəti hədəfi Rayan Şerkidir. Lion “Olimpik”inin 19 yaşlı yarımmüdafiəçisi Əlcəzair əsilli olsa da, onun babalarının İtaliyaya bağlılığı var. Elə bu üzdən baş məşqçi onun heyətə cəlb olunmasına çalışır.
Lionda yetişən futbolçunun klubla 2024-cü ilin yayınadək müqaviləsi var.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?