Dünya futbolu
İtaliya millisinin sabiq üzvü klubsuz qaldı
Futbol üzrə İtaliya yığmasının sabiq müdafiəçisi Andrea Ranokkya “Montsa”dan ayrılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə A Seriyası klubunun rəsmi saytı məlumat yayıb.
34 yaşlı futbolçunun klubla müqaviləsini ləğv etdiyi diqqətə çatdırılıb. Ayrılığa təcrübəli müdafiəçinin avqustun 21-də A Seriyasının 2-ci turunun “Napoli” ilə səfər oyununda aldığı ağır zədə səbəb olub. Ranokkyanın sağ ayağından aldığı bu zədənin tam sağalması üçün azı 3 ay lazım olduğu bildirilir. Lakin zədədən sonra oyunçunun əvvəlki formasını bərpa etməsi üçün də çox vaxt lazım olacağı üçün, tərəflər yollarını ayırmağa qərar veriblər.
Ranokkya bu ilin iyul ayında Milan “İnter”indən azad agent kimi ayrılaraq “Montsa” ilə 2 illik müqavilə bağlamışdı. O, İtaliya yığmasında 21 oyun keçirib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?