Bizi izləyin

Layihə

İtirdiklərimiz: bizim olmayan bizimkilər

blank
blank

21-ci əsrdə sürətlə gedən qloballaşma idmandan da yan ötməyib. Daha dərindən təhlil etsək, onun idmanda daha bariz göründüyünü qeyd etmək olar. Bu gün dünyada unitar ölkə qalmayıb. Hər bir ölkənin bayrağı altında başqa yerdə anadan olan və ya digər millətdən olan idmançıları görə bilərik.

Bu baxımdan ağla gələn ilk məfhum legionerdir. Azərbaycan beynəlxalq yarışlarda uğur qazanmaq üçün daim milliləşdirilmiş idmançılardan istifadə edib. Bunun mənfi və müsbət tərəflərindən çox danışılıb. Burada ən vacibi həmin idmançıların ölkə daxilində olanların yolunu kəsməməsi və onlardan bir baş güclü olmasıdır.

Ölkəmizin şərəfini qoruyan qeyri-millətlər olduğu kimi digər ölkələrin bayrağı altında çıxış edən həmyerlilərimiz də var. Onların bəziləri Azərbaycanda doğularaq hansısa səbəbdən digər ölkəni seçənlər, bəziləri də mühacir həyatı yaşayan və Azərbaycanı yalnız uzaqdan tanıyanlardır.

Bu mənada son Olimpiya oyunlarında gimnastlar – Qədirova bacılarını yada salmaq kifayətdir. Cessika və Cenifer genetik azərbaycanlı olsalar da, artıq çoxdan britaniyalıdırlar. Bu cür misallar dünya idmanında kifayət qədərdir. Onları gördükdə bir azərbaycanlı idman azarkeşi o qədər də çox itirdiklərinə görə kədərlənmir. Amma Ramil Quliyevin uğurlarına tamaşa edərkən hər bir azərbaycanlının daxilində bu cür atletin əldən verilməsinə görə bir qəzəb və məyusluq hissi oyanır. Xoşbəxtlikdən Ramil qardaş Türkiyə millisini seçib. Atletikada, xüsusilə də qaçışda Avropa qitəsindən güclü sprinter 50 ildən bir çıxır. Təkcə bunu söyləməklə nə qədər böyük bir incini itirdiyimiz məlum olur.

İdmanın pik nöqtəsi Olimpiya oyunlarıdır. Futbol və daha bir neçə barmaqla sayılacaq qədər idman növü var ki, Olimpiadalar onlar üçün əsas meyar olmur. Amma böyük əksəriyyət üçün Olimpiya oyunlarında qələbə karyeranın zirvəsi kimi qəbul edilir.

Olimpiya oyunlarının tarixində ilk qızıl medal qazanan azərbaycanlı idmançı Rəfiqə Şabanova sayılır. Məşhur həndbolçumuz 1976-cı ildə Monreal olimpiadasında SSRİ milli komandasının heyətində qızıl medal qazanıb. İlk medal qazanan azərbaycanlı idmançı kimi isə biz Rəşid Məmmədbəyovu tanıyırıq. Güləşçimiz 1952-ci ildə Helsinkidə gümüş medal əldə edib. Ondan sonra güləşdə Aydın İbrahimovun bürünc medalını yada salmaq olar.

SSRİ dönəmində Rəfiqə Şabanovadan sonra İlqar Məmmədovun da qızıl medalını qeyd etməliyik. O da 1988-ci ildə komanda tərkibində fəxri kürsünün ən yükəsk pilləsinə çıxıb. Əslində, həmin Olimpiya oyunlarında daha bir azərbaycanlı qızıl medala yiyələnib. Özü də o, İlqar Məmmədovdan fərqli olaraq fərdi qaydada bunu etməyi bacarıb. Amma təəssüf ki, Kamandar Məcidov Belorusiya SSR-dən Sovet İttifaqı komandasının tərkibinə daxil olub.

Mövzunu bütövləşdirmək istəyiriksə, Arazın o tayındakı soydaşlarımızı yaddan çıxarmamlıyıq. 30 milyondan çox azərbaycanlının yaşadığı İran millisinin heyətində daim millətimizin nümayəndələri yer alıb. Məlumat kitabçalarına baxmadan da hamı İran futbolunun ən böyük siması olan Əli Daeini tanıyır.

blank

Bu gün biz tarixə nəzər salarkən Olimpiya oyunlarında ilk medal qazanan idmançımız kimi Rəşid Məmmədbəyovu sayırıq. Əslində isə bu belə deyil. Tarixdə ilk medal qazanan azərbaycanlı Cəfər Salmasidir. 1918-ci ildə İraqda anadan olan həmyerlimiz əslən Cənubi Azərbaycanın Salmas  şəhərindədir. Ağır atletika yarışlarında 1948-ci ildə Olimpiya oyunlarında qazandığı gümüş İranın da tarixində ilk Olimpiya medalıdır.

Bundan 4 il sonra isə Rəşid Məmmədbəyovun gümüş medal qazandığı olimpiadada Qulamrza Təxti də eyni uğura imza atıb. Növbəti Olimpiya oyunlarında isə o, artıq qızıl medal qazanıb. Tehranda azərbaycanlı ailəsində anadan olan Qulamrza İranda xalq tərəfindən ən çox sevilən idmançı olub. “Cahanpəhləvan” ləqəbli güləşçi 1962-ci il zəlzələsindən zərər çəkənlərə yardım topladığına görə xeyirsevər insan kimi yaddaşlara həkk edilib. Əbəs yerə deyil ki, bu gün İranda onun adına küçə, meydan və idman qurğuları var.

blank

Bugünə qədər təkcə İran üçün qızıl medal qazanan azərbaycanlıları saymalı olsaq ikiqat Olimpiya çempionları Hüseyn Rzazadə və Hadi Saeinin adlarını çəkmək olar. Bu siyahıya Səyid Məhəmmədpur, Türkiyənin bayrağı altında çıxış edən Sərvət Təzəgül, Qazaxıstan millisinin şərəfini qoruyan Nicat Rəhimovu da sala bilərik.

İran milli komandası üçün medal qazananlardan başqa Cənubi Azərbaycanda anadan olub başqa ölkənin bayrağı altında çıxış edən soydaşlarımız da çoxdur. Onlardan biri Səid Mollayi elə son Olimpiya oyunlarında Monqolustan komandasına cüdoda gümüş medalq qazandırıb.

P.S.: Mövzunu araşdırarkən anası azərbaycanlı olan idmançılar da qarşımıza çıxdı. Onlar arasında diqqət yetiriləsi idmançı Karina Aznavuryandır. 1974-cü ildə Bakıda anadan olan rapiraçının atası erməni, anası azərbaycanlıdır. Rusiya millisinin tərkibində Karina 1996-da bürünc, 2000-ci ildə isə qızıl medal qazanıb.

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam

Reklam


blank
I Liqa2024-04-17 13:20

I Liqada 22-ci turun hakimləri bəlli oldu

blank
Digər idman növləri2024-04-17 13:05

Nadal qələbə ilə qayıtdı

blank
Digər idman növləri2024-04-17 12:54

“Leykers” pley-offa yüksəldi, Körri üçün mövsüm bitdi

blank
Milli komanda2024-04-17 12:39

Millimizin rəqibi rəqib seçdi

blank
Digər idman növləri2024-04-17 12:30

Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar

blank
Milli komanda2024-04-17 12:23

Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd

blank
Digər idman növləri2024-04-17 12:12

Məmmədyarov Kanadada qalib oldu

blank
Digər idman növləri2024-04-17 11:55

Abasov Fransa təmsilçisi ilə üz-üzə

blank
Ölkə futbolu2024-04-17 11:40

“Anadolu Efes” üçün mübarizə bitdi

blank
Milli komanda2024-04-17 11:21

AFFA milli komandalara məşqçi seçdi – yenə daxili qərarla

blank
Ölkə futbolu2024-04-17 11:04

Yarımfinal mərhələsi başladı

blank
Ölkə futbolu2024-04-17 10:49

12 komandalı çempionat: necə etməli?

blank
Digər idman növləri2024-04-17 10:34

Stolüstü tennisçilər beynəlxalq yarışda fəxri kürsüyə qalxıblar

blank
Dünya futbolu2024-04-17 10:17

“Atletiko” Dünya Çempionatına vəsiqəni təmin etdi, “Barselona” daha 50 milyon itirdi

blank
Dünya futbolu2024-04-17 10:00

Çempionlar Liqasının oyunu təxirə salındı

blank
Dünya futbolu2024-04-17 09:41

Keyta əsas komandadan uzaqlaşdırıldı

blank
Ölkə futbolu2024-04-17 09:23

Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var

blank
Dünya futbolu2024-04-17 09:09

Xavi: “Hakim hər şeyi məhv etdi”

blank
Dünya futbolu2024-04-17 08:51

ÇL: “Bayern” “Arsenal”a, MS “Real”a qarşı

blank
Ölkə futbolu2024-04-17 08:34

“Bir ailəyik və qələbələrə daha yaxınıq”

blank
Ölkə futbolu2024-04-17 08:17

“Qarabağ”da özümü rahat hiss edirəm”

blank
Müsahibə2024-04-17 08:00

“Kəpəz”in oyunçusu “Qəbələ”nin elitada qalmasını istəyir: “Bu oyunun haqqı məğlubiyyət deyildi”

blank
Dünya futbolu2024-04-17 01:05

ÇL-də ilk yarımfinalçılar müəyyənləşdi

blank
Milli komanda2024-04-16 23:01

“Bu gün daha yaxşı oynadıq” – Borisov

blank
Milli komanda2024-04-16 22:46

Millimiz gürcülərə yenə uduzdu

blank
Digər idman növləri2024-04-16 22:31

“Neftçi” uduzdu, “Abşeron” qalib gəldi

blank
Dünya futbolu2024-04-16 20:00

Braziliyalı futbolçu paytaxt klubundan ayrılacağını açıqladı

blank
Digər idman növləri2024-04-16 19:29

Atıcılıq Federasiyası Dünya Kubokunun rəsmi posterini təqdim edib

blank
Ölkə futbolu2024-04-16 19:00

“Kür-Araz”dan darmadağın, “Cəbrayıl”dan inamlı qələbə

blank
Digər idman növləri2024-04-16 18:19

Yarımfinal mərhələsinin daha bir oyunu keçirildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm