Digər idman növləri
Jalə Əliyeva Avropa ikincisi oldu
Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.
Futbolinfo.az xəbər verir ki, dördüncü yarış günündə mübarizəyə qoşulmuş qadın güləşçilərimiz bu gün həlledici görüşlərini keçiriblər.
Türkan Nəsirova (53 kq) bürünc medal uğrunda türkiyəli Zeynep Yetgillə güləşib və rəqibinə məğlub (0:10) olaraq 5-ci yerlə kifayətlənib.
Ötən gün finala çıxan Jalə Əliyeva (57 kq) bu gün həlledici görüşdə ukraynalı Alina Akobya ilə qarşılaşıb. Rəqibinə “tuş”la məğlub olan güləşçimiz qitə birinciliyini gümüş medalla başa vurub.
Elis Manolova (65 kq) təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Lakin o, fransalı Kendra Daşerə məğub olub və medalsız qalıb – 3:4.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?