Dünya futbolu
Jiru ilə müqavilə niyə yenilənmir?
“Milan” Olivye Jiru ilə yeni müqavilə mövzusunda hələ tam anlaşmayıb. İlkin razılıq əldə olunsa da, detalların dəqiqləşdirilməsi problemə çevrilib.
Futbolinfo.az xəbər verir ki, Fransa millisinin hücumçusu düşərgəyə gec gəldiyindən məsələ bu qədər uzanıb. Dünya Çempionatından sonra istirahət uzun çəkdiyindən, müzakirələr də yubanıb.
“Milan” Jiru ilə mövsümün sonunda bitən müqaviləni daha bir il uzadacaq. Ona illik 3 milyon avro maaş təklif edilib. Sənəddə bonuslar da nəzərdə tutulub, üstəlik, müqavilənin tərəflərin istəyinə uyğun daha bir il uzadılması mümkündür.
Tərəflər detallarla bağlı müzakirələri davam etdirir. Amma ciddi fikir ayrılığı yoxdur, güman ki, yanvarın əvvəlində müqavilə rəsmiləşəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…