Ölkə futbolu
“Kəpəz” harada oynayacaq? – PFL gələn həftə qərar verəcək
“Kəpəz”in Gəncədə oynamasına qadağa qoyula bilər. Qərblilərin mövsümün sonuna qədər olan oyunlarını harada keçirəcəyi növbəti həftənin əvvəlində bəlli olacaq.
Futbolinfo.az xəbər verir ki, son turun “Kəpəz” – “Səbail” oyununda yaşanan mənzərə ciddi əks-səda doğurub. Yararsız meydanda keçirilən oyun canlı yayınlandığından daha çox diqqət çəkib və sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub. İşə qarışan Peşəkar Futbol Liqası (PFL) “Kəpəz”in növbəti ev oyununu başqa yerə keçirmək haqda düşünür.
Qazonun sıradan çıxması klubun məsuliyyətsizliyinin nəticəsidir. Meydana düzgün qulluq edilmədiyindən belə vəziyyət yaranıb. PFL-in xəbərdarlığından sonra isə stadionda problemin aradan qaldırılması üçün ciddi işlərə start verilib.
Qısa müddətdə otsuz meydanı yaşıllaşdırmaq mümkün olmayacaq. Amma yəqin ki, “Kəpəz” rəhbərliyi boya vasitəsi ilə ümumi görüntünü yaxşılaşdırmağa cəhd edəcək. Yekun qərarı isə PFL-in aprelin 10-da Gəncəyə təftişə gedəcək komissiyası verəcək.
“Kəpəz”ə evdə oynamağa icazə verilməsə, komanda rəqiblərini ya Bakıdakı “Dalğa Arena”da, ya da Qəbələdə qəbul edəcək. Mövsümün əvvəlində də eyni aqibəti yaşayan komandanın evdə oynamaması nəticələrdə əksini tapmışdı. Premyer Liqada qalmaq uğrunda mübarizənin həlledici anında eyni qərar komandaya zərbə olacaq. Amma bu artıq işinə məsuliyyətsiz yanaşan “Kəpəz” rəhbərliyinin günahıdır.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?