Premyer-liqa
“Kəpəz” “Qəbələ”yə, “Zirə” “Araz-Naxçıvan”a qarşı
Bu gün Misli Premyer Liqasında 8-ci tura yekun vurulacaq.
Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.
“Kəpəz” doğma meydanda “Qəbələ” ilə üz-üzə gələcək.
Turun son qarşılaşması isə “Araz-Naxçıvan”la “Zirə” arasında baş tutacaq.
Daha öncə “Qarabağ” “Sumqayıt”a 5:0, “Neftçi” “Turan Tovuz”a 1:0 hesabıyla qalib gəlib, “Səbail” – “Sabah” matçında heç-heçə (2:2) qeydə alınıb.
Misli Premyer Liqası
8-ci tur
1 oktyabr
“Kəpəz” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Asiman Əzizli, Rəşad Əhmədov
Gəncə şəhər stadionu, 16:00
“Araz-Naxçıvan”– “Zirə”
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Cəmil Quliyev, Kamran Əliyev
“Dalğa Arena”, 18:30