Bizi izləyin

Ölkə futbolu

“Kəpəz”in BAŞ problemi

blank
blank

Bu dəfə baş məşqçi getdi, Yaşar Vahbzadə “qurban” seçildi. Bəs, uğursuzluq davam etsə, necə olacaq? Axı, nəticələr dəyişmirsə, çözüm tapmaq üçün mütləq başqa nələrsə dəyişməlidi. Məşqçi ilk hədəf idi, növbətisi…

***

Doğrusu, Vahabzadəni heç vaxt bəyənməmişəm. Yaxşı müdafiəçi olub, oyunçu səviyyəsi bir yana, xarakteri ilə də seçilib. Lakin məşqçi kimi daim tənqid hədəfim olub. Layiq olmadığı halda illərlə iş başında olub, az qala bütün yığma komandalarda işləyib və ən uğursuz nəticələr imza atıb. Bununla belə, AFFA-nın sevimli kadrlarından biri kimi daim irəli çəkilib.

Onun Gəncəyə göndərilməsi də təsadüf deyildi, AFFA maliyyə ayırdığı klubu öz adamına tapşırmışdı. Hətta komandanın ən pis nəticələrə imza atdığı, azarkeşlərin daim istefasını istədiyi bir zamanda belə assosiasiya ona arxa durdu, qorudu. Divizionda bu, mümkün idi, Premyer Liqa isə fərqli səviyyədi, söz-söhbət çoxalınca təzyiqə dözə bilmədilər.

Gəncəli azarkeşləri əsas qıcıqlandıran məqam məhz bu idi. Onlar “Kəpəz”in əl komandası olmasını, tapşırıqla idarə edilməsini qəbul etmirdilər. Yekun bəllidi – Vahabzadə yola salındı.

Amma Yaşar bəy “Kəpəz”in yeganə problemi deyildi. Zamanla azarkeşlər də bunu anlayacaq. Gəncədə futbol adına yolunda getməyən o qədər işlər var ki, onların yanında məşqçi amili ən sonuncudu. Bəli, Vahabzadə heyət seçimində, komandanın komplektləşdirilməsində səhvlərə yol verib. Eyni vaxtda Premyer Liqaya gələn “Turan Tovuz”la müqayisə “Kəpəz”ə qiymət vermək üçün kifayətdi. Demək olar, eyni imkanlara malik Qərb komandaları bu gün fərqli durumdadısa, deməli, Yaşar bəy də 4 turdan sonra komandasının xalsız qalmasında günahkardır.

Bütün bunlara baxmayaraq, Vahabzadənin bəhanəsi var və haqlıdı. Komanda 3 oyunu Bakıda – “Zirə”, “Neftçi” və “Səbail”ə, daha birini Qəbələdə yerli komandaya uduzub. Hamısı büdcəsinə görə “Kəpəz”dən qat-qat üstün, illərdi oturuşmuş heyəti, hər cür şəraiti olan komandalardı. Ona görə Yaşar bəyi nəticələrə görə qınayanlar ədalətsiz davranmış sayılmalıdı.

Klubun əsas problemi rəhbərlikdədi. Məşqçini azarkeşlərdən qoruya bilməyən səriştəsiz idarəçilər, komandanın didərgin həyatı yaşamasına da məsuliyyət daşıyır. Uzun müddətdi kluba rəhbərlik edən İlqar Nadiri bacarıqsız olduğunu etiraf etməyə bilər, amma biz ki kor deyilik. Bir ildən çoxdu Gəncə təmsilçisinin Premyer Liqaya gələcəyi müzakirə olunur, hazırlıq görülürdü, amma şəhərdə Premyer Liqanın tələblərinin qarşılanması üçün heç nə edilməyib.

“Kəpəz”in necə lisenziya almasının özü mübahisə mövzusudu və araşdırma tələb edir. Lisenziyalaşdırmanın əsas tələblərindən biri infrastrukturla bağlıdı. Görəsən, klubun stadionu azarkeş qəbul edə bilməyəcəyi halda necə “+” alıb? Saxtkarlıqmı? Səhlənkarlıqmı? İndi bunun cəzasını “Kəpəz” və Vahabzadə çəkməlidimi?

Görəsən, “Kəpəz”in icraçı direktoru bu müddət ərzində şəhər stadionunun təmir edilməsi ilə bağlı bir dəfə mətbuata danışıb və ya cavabdeh orqanlar qarşısında məsələ qaldırıbmı? Azacıq səriştəsi olsaydı, “Kəpəz”in evində oynamamasının hansı fəsadlara səbəb olacağını əvvəldən hesablamalıydı. Bakıda, Qəbələdə sürünməklə “futbolu bölgələrə qaytarırıq” devizi üst-üstə düşmür axı…

Komandanın bugünkü nəticələri birbaşa rəhbərliyin günahıdı. Evdə oynamayan, azarkeşi ilə bütünləşməyən, rəqibə səfər əziyyəti verməyən komanda məğlubiyyətləri sıralamağa məhkumdu. Bu vəziyyətdə gəncəlilər hər oyuna 0:1 geridə başlayır.

“Tarixi-Nadiri” bütöv oxumuş adamam, amma İlqar Nadirinin “bacarıqlarını” təcəssüm etməyə söz tapmıram. Kluba kimin sayəsində rəhbər qolyulduğu bilinməyən bu futbola yad adam adi idarəçilik qabiliyyətinə də malik deyil. Təsəvvür edin, “Kəpəz” ev oyunlarını Bakıda keçirir və məhz “Qəbələ”ylə oyun ərəfəsində bu şəhərdə məskən salacağını elan edir. Ağlı başında olan adam ən azı daha bir tur səbr edər, məhz bu rəqiblə matçdan sonra onun evinə qaçqın kimi gedərdi. Əksini etmək “xal VERMƏYƏ gəlmişik” deməkdi. Buna Vahabzadə neyləsin?

“Kəpəz”in başqa bir problemi camiyə ola bilməməsidi. Klubun ətrafında o qədər adam fırlanır ki… Azarkeşlər bir şərt diqtə edir, AGİN birini, AFFA birini, veteranlar birini. Bəlkə də hamı (xüsusilə azarkeşlər) “Kəpəz”in uğurunu istəyir, amma klub udanda hamınındı, uduzanda heç kimin. Çox adamın məsləhət, ağıl verdiyi yerdə öz yolunu çaşır və mayallaq aşırsan – “Kəpəz” kimi.

Gəncəli veteranlara hörmətimiz sonsuzdu, futbolumuz üçün xidmətləri olub. Amma hamısı bu gün öz məqsədləri üçün danışır, tarixi klub ətrafında saf niyyətlə birləşmirlər. Yad adam saydıqları Vahabzadəylə bağlı mövqelərində bəlkə də haqlıdılar, amma Yunis Hüseynov, Mahmud Qurbanov baş məşqçi işləyəndə də eyni olublar, hamısını xüsusi imtiyazlar düşündürüb. “Ölkənin ikinci böyük şəhərinin niyə özünə yaraşan stadionu yoxdur” sualını aktuallaşdırmaqdansa, bu barədə məsələ qaldırmaqdansa, cavabdehlərdən hərəkət tələb etməkdənsə, cılız oyunlarla məşğul olublar, bir-birinin ayağının altını qazıblar. İndi kənara çəkiliblər və onların qazdığı quyuya “Kəpəz” düşüb.

İndi “Kəpəz”ə yeni məşqçi axtarılır. Çox güman, Şahin Diniyev 3-cü dəfə bu posta əyləşəcək. Amma o, sehrbaz deyil, heç vaxt bu qədər problem içində olan, qaçqın “Kəpəz”ə rəhbərlik etməyib. Bəlkə də bir neçə oyunda uğur qazanmaq olar, lakin Gəncə futbolunu layiq olduğu yerə gətirmək onun imkanları xaricindədi. “Kəpəz” baş məşqçidən öncə BAŞını, səriştəli rəhbərliyini tapmalıdı. İlqar Nadiri futbolumuzda nadir sayılmayan səriştəsiz rəhbərlərdən biridi, onun xaraktersizliyi komandanın ruhuna hopub.

***

Növbəti turun afişası çox maraqlıdı: dünənədək qaçqın sayılan Ağdam klubu bugünün qaçqını olan Gəncə təmsilçisini Qəbələdə qəbul edir.

VÜSAL MAHMUDOV

P.S.: “Kəpəz”in kuratorunun (maraqlı vəzifədi – red.) AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyalarının rəhbəri İsgəndər Cavadov olduğunu da xüsusi vurğulayaq. Klubda əksər təyinatlar məhz onun istəyi ilə reallaşır, problemlər üzə çıxanda isə bu adam yada belə düşmür.

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Dünya futbolu2024-04-22 14:31

Məşhur yapon Kurtua ilə bir yerdə oyun izlədi

blank
Digər idman növləri2024-04-22 14:17

Rıbakinanın uğuruna Tokayev də biganə qalmadı

blank
Ölkə futbolu2024-04-22 14:01

Yarımfinal oyunları canlı yayımlanacaq

blank
Digər idman növləri2024-04-22 13:53

ATP reytinqində ciddi dəyişiklik olmadı

blank
Milli komanda2024-04-22 13:46

Fişer: “AFFA-dan təklif almamışam”

blank
Premyer-liqa2024-04-22 13:32

Rekordun bir addımlığında

blank
Milli komanda2024-04-22 13:16

Millimizin yekun heyəti açıqlandı

blank
Premyer-liqa2024-04-22 13:03

Tovuzda ilk darmadağın

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm