Dünya futbolu
Kakanı yalnız Ronaldo təəccübləndirib
Kaka Leyte dünyanın ən yaxşı oyunçuları ilə bağlı fikirlərini bölüşüb. Braziliya millisinin sabiq üzvü həmyerlisini ön plana çıxarıb.
Futbolinfo.az xəbər verir ki, Kaka əzəli rəqib olan Argentina yığmasının kapitanı Lionel Messinin ümumiyyətlə, adını çəkməyib: “Mən daha çox birgə oynadığım futbolçuları dəyərləndirə bilərəm. Bu baxımdan favoritim Fenomendir – Ronaldo Nazario. Kriştianu Ronaldo və Ronaldinyo da fantastik idi. Amma yalnız Nazario məni təəccübləndirirdi, onun bəzi şeyləri necə etdiyini öyrənmək istəyirdim”.
Kaka birgə oynamadığı, amma bəyəndiyi futbolçulardan yalnız Zizunu bəyənir: “Kaş Zinəddin Zidanla oynamaq imkanım olaydı”.