Dünya futbolu
Kamran Əliyevin komandası Sergey Yuranla vidalaşdı
Rusiyanın “Ximki” klubu baş məşqçisi Sergey Yuranla yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə yerli mətbuata açıqlamasında klubun Müşahidə Şurasının üzvü Roman Teryuşkov məlumat verib.
O, 53 yaşlı mütəxəssisin müqaviləsinin qarşılıqlı razılıq əsasında ləğv edildiyini bildirib. Teryuşkov yaxın vaxtlarda müvafiq sənədlərin imzalanacağını və baş məşqçiyə kompensasiya ödəniləcəyini də diqqətə çatdırıb.
Sergey Yuranın “Ximki” ilə müqaviləsi 2022/23 mövsümünün sonunda başa çatmalı idi. Fevralda baş məşqçi təyin olunan mütəxəssis 2008 və 2020-ci illərdə də bu komandaya rəhbərlik edib. Yuran 2011-ci ildə Azərbaycanda “Simurq”da eyni vəzifəni yerinə yetirib.
“Ximki”də Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyev də forma geyinir.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub