Bizi izləyin

Ölkə futbolu

Kamran Quliyev: “Bu il “Neftçi”nin ən güclü transferi Zaur Əzizov oldu”

blank
blank

“Neftçi” Peşəkar Futbol Klubu yeni idman direktoru Zaur Əzizovu təqdim edib. Futbolinfo.az xəbər verir ki, təqdimat “Bakcell Arena”da baş tutub.

Tədbirə klubun prezidenti Kamran Quliyev və vitse-prezident Elnur Eyvazov qatılıb.

Əvvəlcə “Neftçi”nin prezidenti Kamran Quliyev yeni idman direktorunun təyinatından danışıb:

“Bu il “Neftçi” üçün uğurlu keçib. Avrokuboklar və yeni mövsümün ilk yarısı istədiyimiz kimi olmayıb. 2021-ci ili öz aktivimizə yaza bilərik. Klubumuzun əsas və əvəzedici komandası çempion olub. Bu klubumuza yaraşan uğurdur. Bizi yaxın gələcəkdə böyük uğurlar gözləyir. Hər sahədə insan resurslarını gücləndirmək istəyirik. İdman direktoru təyinatı son bir ayın məsələsi deyil. Yaydan bu məsələ qaldırılıb. Belə qərara gəldik ki, idman direktoru vəzifəsinə mütəxəssis təyin olunsun. Bir neçə namizəd içindən Zaur Əzizovu seçdik və onu məsuliyyətli işə layiq gördük. Əzizovun təyinatı səs çoxluğu ilə təsdiqləndi. Bu gün “Neftçi” ailəsinə yeni üzv qatılır. Əzizov “Xəzər Lənkəran”da və “Qəbələ”də tarixi uğurlara imza atıb. Bu il “Neftçi”də ən güclü transfer Zaur Əzizov oldu. 2022-ci ildəki transferlərdə o iştirak edəcək.

Rəy yazanların 90 faizi müsbət fikirdədir. 10 faizi isə onu tanımayanlardır. Zaur Əzizova uğurlar arzulayıram. “Neftçi” ailəsi güclü kadr qazanıb. 2018-ci ildən bu klubun transfer işlərini yaxından izləyirəm. Heç bir dəyişiklik yoxdur. Transfer işləri necə aparılmasından ayrıca danışaram. Bu, bir saatın, bir günün və bir şəxsin qərarı deyil. Zaur Əzizovun buraya sadəcə, əsas komandanın transferi üçün gəlməyib. O, əsas, əvəzedici komanda və akademiyaya cavabdeh şəxs olacaq. Transfer məsələlərinin daha dəqiq olmasını və əvəzedicidən əsas komandaya körpülərin düzgün qurulmasını istəyirik. Akademiyaya yaxşı nəzarət olunmasını hədəfləyirik”.

“Neftçi”nin prezidenti Əzizovla ilk danışıqlarının hələ yayda Avropa çempionatının oyunları zamanı gerçəkləşdiyini açıqlayıb: “Yayda vaxtımız az idi. Sizə bir sirr açım: Zaur Əzizovla ilk söhbətimiz Avropa çempionatının oyunları vaxtı olub. “Neftçi”yə idman direktoru gətirmək məsuliyyətli işdir. Bunun üçün götür-qoy etmək və insanı tanımaq lazımdır. Bizim düşüncələrimiz və baxışlarımız üst-üstə düşdü. 5 ay ərzində görüşürdük, amma ciddi söhbətimiz son ayda gerçəkləşdi. Hesab edirəm ki, düzgün qərar vermişik. Hər şeyi zaman göstərəcək”.

Quliyevin sözlərinə görə, uzunmüddətli strategiyanı idman direktoru təqdim edəcək və daha sonra vahid sistem yaradılacaq: “Buna uyğun olaraq addım-addım irəliləyəcəyik. Burada vahid kollektiv və imkanlar var. İmkanlar çərçivəsində uzunmüddətli strategiya tərtib ediləcək. “Qəbələ” klubunun rəhbəri Fariz Nəcəfova təşəkkür edirəm. Bizim söhbətimiz olub. Təbii ki, heç kim yaxşı kadrı itirmək istəmir. Heç kəs yaxşı insanla vidalaşmaq istəməz. Burada “Qəbələ” klubunu zəiflətmək kimi fikir yoxdur. Məndə fikir oktyabrda formalaşıb və həmin vaxt turnir cədvəlində rəqibimizi üstələyirdik. Biz daha güclü olmaq istəyirik və bu səbəbdən Zaur Əzizovu gətirmişik”.

Klub rəhbəri paytaxt təmsilçisində yerli futbolçu faktorunun axsadığını etiraf edib: “Növbəti görülən işləri zaman göstərəcək. Biz klubda heç bir dəyişiklik gözlənilmir. Əsas komanda təlim-məşq toplanışına yollanacaq. Rəqiblər 1-2 günə bəlli olacaq. İdman direktoru yanvarın 1-dən fəaliyyətə başlayacaq. Hazırda ölkənin çempionu ola komandanın bir dəqiqəsi də yoxdur. Kimlərin qalib və ya gedəcəyi açıqlanacaq. Gələn ilin transfer işləri demək olar ki, bu gündən başlayır. Zaur Əzizovun təyinatını da şəxsən mən irəli sürmüşəm. Heç kim onun namizədliyini bilməyəndə artıq işə başlamışdım”.

Quliyev “Zaur Əzizovla danışığınızda “Qarabağ” klubunun adı nə qədər səslənib” sualına da cavab verib: “Yaxşı rəqabət, güclü komandaların çempionatda olması bizim üçün stimuldur. “Neftçi”nin 2021-ci ildə uğur qazanmasının səbəbkarları çoxdur. Sponsorlar, idarəçilər və azarkelər və s. İnsan hansısa yola çıxanda bir örnək görür. Tək “Qarabağ”a yox, digər klublara baxanda hansısa məqamları görürük. “Qarabağ” haqqında və ya başqa klub haqqında çox danışmırıq. Uzun müddət “Sumqayıt”da işləmişəm. Lazım gələndə onların da adını çəkirik. “Qəbələ”nin bu gün etdiyi transferlər göz önündədir. “Qarabağ”da gənc futbolçulara verilən şansı da qeyd edərdim. Bunların hamısından danışırıq”.

O, “əyalət təmsilçisindən başqa kadrları da “Neftçi”də görə bilərikmi” sualına bu cür cavab verib: “Bunu zaman göstərəcək. Klubumuzdakı kadrlar peşəkarlardır. Bizim hansısa klubda işləyən kadrla işimiz yoxdur. Bizə hansısa kadr lazım olsa, onunla söhbət edəcəyik. Zaur bəy nə vaxtsa, nəyisə məsləhət bilsə, həyata keçirəcəyik”.

Zaur Əzizov da təyinatı ilə bağlı fikirlərini bölüşüb: “Kamran Quliyevdən təklif gəldi və qərarımı verdim. Bu kluba keçdiyim üçün şadam. Ümid edirəm ki, hər birimiz və klubumuz üçün uğurlu olacaq. Deyilən sözlər məni məsuliyyətli edir. Etimadları doğrultmağa çalışacağıq. Klubun keçmiş azarkeşi kimi işimizin öhdəsindən gələcəyimizə ümid edirəm. Görəcəyimiz işlər eynidir. Klubdakı hədəflər bəllidir. “Nefçi”yə olan diqqət isə daha fərqlidir. İlk gündən bunun fərqindəyəm. Bu barədə narahatlığım yoxdur. Hər klubda çatışmayan bir çox cəhət ola bilər. Klub rəhbərliyi, məşqçilər korpusu ilə müzakirələr apardıqdan sonra çatışmayan cəhətlər barədə danışa bilərik. Sabit komanda yaratmağın bir yolu var: Uğurlu məşqçilər korpusu və futbolçu heyəti formalaşdırmaq. Bunlar “Neftçi”də kifayət qədər var. Əsas məqsədimiz inkişaf olacaq. Əsas komandanı akademiyadan ayırmaq olmaz. İlkin dönəmdə işlə tanış olacağıq. Klubun akademiyası ilə bağlı hələlik kifayət qədər məlumatım yoxdur. Müəyyən vaxtdan sonra müzakirələr olacaq.

Qışda klublarda ciddi dəyişiklik olmur. Yay üçün yaxşı vəziyyətə gəlmək lazımdır. Avrokuboklara kimi dəyişikliklər etməliyik. Çatışmazlıqlarımız da bəllidir. Baş məşqçi Samir Abasov haqqında müsbət fikirdəyəm. Əminəm ki, uğurlu şəkildə bərabər işləyəcəyik. Onunla ilk dəfə birlikdə çalışacağıq. İlk görüşümüz də qısa olub. Bu isə fikir bildirmək üçün kifayət etmir. Abasov baş məşqçiyə lazım olan özəl xüsusiyyətlərə malik insan və mütəxəssisdir. Ona necə kömək ola bilərəmsə, 24 saat buna hazıram”.

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm