Bizi izləyin

Müsahibə

Kamran Quliyev: “Mənim üçün “Neftçi” təxminən Azərbaycan futboluna bərabərdi”

blank
blank

Futbolinfo.az sizi “Neftçi”nin prezidenti Kamran Quliyevin müsahibəsi ilə tanış edir:

  • “Neftçi”nin çempionluğu təsadüf idimi?
  • Qətiyyən. 28 oyun bir, “Qarabağ”a 3 dəfə qalib gəlmək ikinci məsələdi. Ən çətin oyunların son məqamlarında qol vurmaq bir dəfə alınır, ancaq biz bunu bir neçə dəfə bacardıq.
  • Bu sualı ona görə ilk verdim ki, çempionluqdan sonra komandanın avrokuboklarda çıxışı və yeni mövsümün ilk hissəsindəki nəticələri belə fikir formalaşdırıb. Komanda sanki uzun illərin get-gəllərindən sonra psixoloji olaraq çempionluğa hazır deyildi…
  • O fikirlə razıyam ki, müəyyən boşluqlar oldu, bəzi işlər istədiyimiz kimi getmədi. İstər transfer, istərsə vaxt baxımından çətinliklərlə qarşılaşdıq. Keçən yay hazırlığa hamıdan tez başladıq. Ötən illərdə Avropa Liqasına düşən komandalar çempiondan erkən başlayırdı, bu il isə əksinə oldu, bizim fasiləmiz demək olar ki, olmadı. Bütün bu xırda məsələlər üst-üstə gəlir. Bəzi işlərin ürəyimizcə olmaması, Avropada daha yaxşı nəticə əldə etməməyin səbəbkarları bütün klub işçiləridi: mən başda olmaqla məşqçilər heyəti, futbolçular – hamının səhvi var.
  • Bu, sizin üçün böyük təcrübə oldumu?
  • Əlbəttə. Yaxşı nəticə də, uğursuzluq da bir təcrübədi.
  • İdman direktoru postunun boş olması yayda komandanın formalaşdırılmasına nə dərəcədə təsir göstərdi? Mane ola bilərdinizmi transferlərin belə alınmasına?
  • Klubda nə dərəcədə yüksək postda olsam da, elə şeylər var ki – infrastruktur, media, futbol işləri ilə digər mütəxəssislər məşğul olur. Öz aləmimdə bu işlərə öyrəşmiş olsam da, mütəxəssisin addımı vacibdi. Çünki o sahənin mütəxəssisidisə, çalışdığım qədər son söz onun olmalıdı.
  • Fakt odur ki, transfer kütləsi disbalans yaradıb, hazırkı fikirləriniz də vəziyyəti dəyişmir…
  • Bəli, dediklərim heç də məni məsuliyyətdən azad etmir. Lakin ötənilki legioner sayı da təxminən bu qədər idi. Ən böyük problemimiz iki gedən yerli, vacib oyunçumuz oldu. Hansı ki, onların yerini doldura bilmədik. Sadəcə, keçən mövsüm biz nəticə göstərdiyimiz üçün legioner sayına diqqət yönəlmədi. Bu, məsələnin bir tərəfi. İkincisi, keçən mövsüm komandada balans var idi. O balans pozuldu. Bunun səbəbini də hamı bilir. İki nəfər mövsümün başlamasına qədər oynamışdı, açar oyunçular idi.
  • Gələn legionerlərin ehtiyatda qalması çox müzakirə olunur…
  • Əlbəttə, bu da yaxşı hal deyil. Avrokuboklara böyük ümidlə baxırdıq. Sadəcə, çempionat üçün yetərli heyətimiz yoxdu. Daha dəqiq, uyğun heyət. Əgər qrupa düşsəydik, heç bəhs etdiyimiz durum da yaranmazdı.
  • Bu məsələlərin belə məcra alması sizi idman direktorunun lazım olduğu fikrinə gətirdi?
  • Zaur Əzizovun təqdimatında bu məsələylə bağlı ətraflı fikir bildirmişəm. Strukturumuzda idman diektoru postu ləğv edilməmişdi. Sadəcə, istədiyimiz, münasib adam tapmaq çətin idi. Yayılan informasiyalar əsassız, dəqiqləşdirilməmiş məlumatlar idi, biz klub olaraq o postu ləğv etməmişdik.
  • Amma Ceyhun Sultanovun göndərilməsindən sonra idman direktoru vəzifəsinə təyinatı olmadı, bu haqda soruşulanda açıqlama belə olmuşdu: bu vəzifə ləğv olunub, baş məşqçi də idman direktoruna ehtiyac görmür və s.
  • Mən indi bütün məsuliyyətimlə deyirəm, post ləğv edilməmişdi, belə bir şey ola da bilməz. Söhbət o vəzifəyə hələlik uyğun kadrın seçilməməsindən gedə bilərdi.
  • Klubda skaut qrupu var idi – İqor Getman, Vadar Nuriyevdən ibarət. Onlar necə olacaq?
  • Onlar idman direktorunun tabeliyində fəaliyyət göstərəcəklər. Yaradılmış strukturu ləğv etmək fikrində deyilik. Tapşırıqları idman direktorundan alacaqlar. Hər peşəkar klubda seleksiya və ya skautinqlə məşğul olan insanlar çalışmalıdı.
  • Bunaqədərki fəaliyyətlərində hər hansı məhsuldarlıq varmı?
  • Onlara yarım ildən sonra idman direktoru daha ətraflı qiymət verəcək.
  • Zaur Əzizov futbolda persona kimi cəlbedici addı. Təqdimat konfransında bildirdiniz ki, ona təklif sırf sizdən gəlib.
  • Tək mən yox, Zaur Əzizov özü də bildirdi ki, Kamran Quliyevdən təklif alıb. Bu sualın qollarının hara gəlib çıxdığını bilirəm. Klubda sistem belədi: klub prezidenti, baş məşqçi, büdcənin təsdiqlənməsi, ayrılması, planların cızılması, klub qarşısında məqsədlər qoyulması və s. – Müşahidə Şurasının səlahiyyətindədi. Kadr məsələləri – baş məşqçi, idman direktoru, şöbə müdiri, istərsə adi bir sıravi əməkdaşı tapıb, məlumatları yığmaq, sonda təqdim etmək – mənim səlahiyyətimdədi və mənim işimdi. İdman direktoru təyin etmək A-dan Z-yə qədər mənim təşəbbüsümdü. Sadəcə, bu məsələni şifahi şəkildə Müşahidə Şurasında müzakirə etmişəm. İstək, seçim, təqdimat mənim idi. Zaur Əzizovu yaxşı tanıyan bir insan kimi bu vəzifəyə layiq gördüm.
  • Zaur Əzizovun təyinatından sonra baş məşqçi postu müzakirə olunur…
  • Baş məşqçimiz Samir Abasovdu. Zaur Əzizov özü də etiraf etdi ki, klubla yaxından tanış olmaq üçün vaxt lazımdı. “Neftçi” kimi kluba bir günün içində gəlib hər şeyi bilmək, reaksiya vermək, rəy bildirmək mümkün deyil. Zaur bəylə Samir Abasov barədə ümumiyyətlə danışmamışıq, danışmağa ehtiyac da yoxdu. Baş məşqçimizə inanırıq. Zaur Əzizov da ona güvənir.
  • Deməli, qış toplanışında komandanı Samir Abasov hazırlayacaq
  • Zərrə qədər şübhəniz olmasın.
  • Bəs komanda mövsümü Samir Abasovla başa vuracaq?
  • Nəinki bu mövsüm… Biz gələcəyə ümidlə baxırıq. Ki, Samir Abasov uzun müddət komandanın sükanı arxasında olacaq. Əlbəttə, istəyirik ki, Samir Abasovun nəticələri ümidlərimizlə üst-üstə düşsün. Amma onun kreslosunun laxlanmaq söhbəti qətiyyən yoxdur.
  • Azarkeşlər nəticələrdə əsas günahkar baş məşqçini hesab edir…
  • Bura 2018-ci ildə gəlmişəm. Azarkeşlər nə qədər tənqidi fikir səsləndiribsə, bunların hamısı bizim xeyrimizə olub. Onların istəyi bizi daha yaxşı, faydalı işləməyə sövq edir.
  • Tez-tez sponsor anlaşmaları ilə gündəmə gələn nadir klubsunuz. Yaxın gələcəkdə bu istiqamətdə yenilik gözlənilir?
    -Bu işləri aparan Media, Marketinq və İctimaiyyətlə Əlaqələr departamentidir. Rüstəm Allahverdiyevin başçılıq etdiyi şöbə bu məsələlərlə kifayət qədər uğurla məşğul olur. Yeni anlaşmalar olacaq. Hətta mən sizə deyim ki, “Neftçi” ailəsinə qoşulmaq istəyən, amma bizim statusumuza uyğun gəlmədikləri üçün imtina etdiyimiz təşkilatlar olub. Burda təkəbbürdən söhbət getmir, ancaq klubun adı var.
  • “Neftçi” həmişə əsas komandasında yetirmələrinin çox olması, hətta digər klublarda yetirmələrinin oynaması ilə diqqət çəkib. Bu prosesin səngidiyi görünür…
  • Keçən il çempion olmuş yetirmələrimiz indi də meydandadılar. Hətta bəzi oyunlarda aparıcı rol oynamış gənc futbolçularımız var. Məsələn, Vüsal Əsgərov. Bu yöndə İsmayıl Zülfüqarlı, Asim Əlizadə də bizə kömək edə biləcək futbolçulardır. “Neftçi”nin səviyyəsinə qalxmaq amili var. Kimdə alınacaqsa, klubumuzu gələcəkdə təmsil edəcək. Bizim üçün yerli futbolçular həmişə vacibdir. Qaldı ki, onların transfer məsələlərinə, bilirsiz ki, illərdi, Azərbaycanda kifayət qədər sərt legioner limiti hökm sürür. Ona görə də yetirmələrimiz özümüzə lazımdı. Əvvəllər bu, daha yumşaq idi. Biz bazamızı tam hazır vəziyyətə gətirməkdəyik, artıq orda akademiya binası da tikilir, inanın, bu məsələlər “Neftçi”nin gələcəyini indikindən beş dəfə parlaq edəcək.
  • Samir Abasov mətbuat konfranslarında tez-tez müzakirələrə səbəb olacaq fikirlər səsləndirir. Danışdıqlarınızdan hiss olunur ki, münasibətləriniz yaxşıdır. Abasov niyə həmişə narazıdır?
  • Komandanı çempion etmiş baş məşqçiyə olan tələblər daha da yüksəlib. İndi onun əlində olan sükan çempion komandanındır. Bu, bir az fərqli atmosferdir. Ona görə də Abasov futbolçularndan daha yaxşı nəticələr gözləyir. Emosionallıq isə onun xarakterinə məxsusdur. Həmişə tənqidin tərəfdarıyam. Ancaq əgər ürəyincə olmayan nələrsə yaşanıbsa belə, məncə, bunu daha çox klubdaxili müzakirə etmək daha yaxşı olar.
  • Onun bu xarakteri klubdaxili ab-havaya təsir edirmi?
  • Hamımız insanıq. Elə vəziyyət olur ki, özümüzü 100 faiz idarə edə bilmirik. Samir Abasov ağıllı adamdır. İnanıram ki, hər oyunda baş verənlərdən uğurla nəticə çıxarır. Böyük məşqçilərə xas xüsusiyyətləri var.
  • Mamadu Kanenin “Neftçi”dən “Olimpiakos” kimi prestijli kluba transferi müsbət qarşılandı. Eyni zamanda onun icarə əsasında komandada qalması da bəyənildi. Ancaq Kane əvvəlki deyil…
  • Bu, futbolçunun formasından irəli gələn məqamlardı. Kane, ümumiyyətlə, bu il istirahət etməyib. Çempionat bitəndən sonra o, milli komandasına getmişdi, sonra geri gəldi və komandanın məşqlərinə qoşuldu. Bundan sonra isə avrokubok və çempionat oyunlarına çıxdı. Ən az istirahət edən futbolçumuzdur. Bəzi oyunlarda zəif çıxışı sırf yorğunluqdandır. “Olimpiakos” onunla 4+1 illik müqavilə imzalayıb. Onlar da lüzum gördü ki, daha 1 il və ya yarım il “Neftçi”də qalsın. Onun üçün ikiqat yük var, həm “Neftçi”nin uğuruna çalışır, həm özünü “Olimpiakos”un baş məşqçisinə göstərməlidi. Digər tərəfdən, Afrika Millətlər Kubokunda oynayacaq. Psixoloji və idman baxımdan xeyli yüklənib.
  • Mövsümün sonuna qədər burda qalıb-qalmayacağı bəllidimi?
  • Bu, qış fasiləsində tam məlum olacaq. Belə bir şərt var ki, transfer pəncərəsinin son gününə qədər “Olimpiakos” onu qaytara bilər.
  • Transfer pəncərəsi demişkən Eddi İsrafilov gəldi… Bu keçid birmənalı qarşılanmır.
  • Şəxsi fikirləridir. Onun instaqramında və ya başqa hardasa yazışmalarından danşırlar. Gülməli səbəblər gətirilir, guya müharibə zamanı nəsə eləyib. Eddi İsrafilovun damarlarında Azərbaycan qanı var. Bunu biz bilirik.
  • Himnimizi bilirmi?
  • Soruşacam. Çoxdandı, görməmişəm.
  • Sonuncu dəfə haçan görmüsünüz?
  • Eddi İsrafilovun o zaman Azərbaycan millisinə cəlb olunması prosesində şəxsən mən də iştirak etmişəm. İspaniyaya gedib ilk danışıqlarda olmuşam. Orda nə pul, nə də başqa söhbətlər olub. Bunlar hamısı şayiələrdir. Eddinin hazırda İspaniyada “Neftçi”dən daha yaxşı maliyyə şərtləri olan təklifi var.
  • Onu qoyub bura gəlir?
  • Azərbaycanda, anasının vətənində, buranın ən böyük klubunda oynamaq istəyir. Eyni zamanda, Avropa yarışında çıxış etmək niyyətindədi. 29 yaşı var, niyə də istəməsin. Eyni zamanda, məni şəxsən yaxşı tanıyır. Bu məsələnin qərar verməyində həlledici rolu oldu.
  • Orta xətdə qıtlıq yoxdur. Yəqin Abasov bu məqamı bilərək Eddini istəyib…
  • Bəli. Baş məşqçinin istəyi, təkidi ilə. Eyni zamanda, hələ təyinatı rəsmiləşməmiş Zaur Əzizovun da bu haqda fikrini soruşmuşuq, çox müsbət fikir səsləndirib.
  • “Böyük klub” dediniz. “Flaqman daha “Qarabağ”dır” tezisi geniş müzakirə olunur. Halbuki bu ifadə bizdə ilk olaraq “Neftçi”nin adı ilə assosasiya olunub.
  • Mən uşaq olanda stadionda ilk izlədiyim komanda “Neftçi” olub. Əmim komandanın futbol formasını mənə hədiyyə etmişdi. Uşağa ilk hansı klubun forması hədiyyə olunursa, adətən həmin komandaya azarkeşlik edir. Hələ Maşallah Əhmədov, İsgəndər Cavadovun dövründə stadiona getmişəm. O zaman flaqman sözünü eşitməmişəm. Ancaq Azərbaycanın ən böyük tarixə malik klubu “Neftçi”dir. Mənim üçün “Neftçi” təxminən Azərbaycan futboluna bərabərdi. İndi bunun adını ən böyük, uğurlu klub, flaqman qoyaq və s.
  • Rüstəm Əhmədzadənin “Neftçi”yə deyil, “Qarabağ”a gedişi müakirə olunur. Ümumiyyətlə, belə bir cəhdiniz var idi?
  • Maraqlanmışıq. Ancaq artıq “Qarabağ”ın futbolçusudur. Bu barədə çox danışmaq istəmirəm.
  • Danışıqlar dərinləşmişdi?
  • Danışıqları şəxsən mən aparmamışdım. Ancaq həmin vaxt bizə fərqli məlumatlar gəlirdi. Onun ümumiyyətlə Azərbaycan çempionatına gəlmək istəmədiyi fikri bizə çatdırılmışdı. Ola bilər ki, bu səbəbdən bir az daha dərinə getmədik. Ancaq belə deyilməsəydi, danışıqlarçün nümayəndə heyəti göndərə bilərdik. Bizə deyilmişdi ki, o, Avropaya getmək istəyir.
  • Bəs Ayaz Quliyevlə danışıqlar?
  • Soruşmuşam, maraqlanmışam. Ayaz son zamanlar mütəmati olaraq “Arsenal”da (Tula) oynayır. Tələblərini nəzərə alaraq, bu keçidə inanmıram. Söhbət yalnız puldan getmir, çempionat məsələləri də var. Hansı ki, bizdən asılı deyil.
  • Qış transfer dönəmi elə də hərəkətli deyil. Planlarınız hazırdımı?
  • Yaxşı olardı ki, idman direktoru bu barədə məlumat versin.
  • Baş məşqçinin istəkləri var?
  • Təbii ki. O, istəklərini idman direktoruna təqdim edib. Mənim də xəbərim var. Prioritet yerli futbolçulardır. Ancaq indi yerli futbolçu tapmaq yayda qartopu oynamaq kimidi. Nə idman direktorumuzun, nə bə bizim sehrli çubuğumuz var. Mümkün olmayan şeyləri edə bilmərik. Ancaq “Neftçi”nin səviyyəsini qaldıra biləcək yeni futbolçu ilə anlaşa bilsək, yerlilərimizin sayını artıracağıq. (Futbolpress.az)
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-26 22:43

Azərbaycan çempionatına yekun vuruldu

blank
Dünya futbolu2024-04-26 21:32

Azarkeşlərin addımı Tuhelin qərarını dəyişməyəcək

blank
Digər idman növləri2024-04-26 21:01

“Audi” ilk pilotunun adını elan etdi

blank
Dünya futbolu2024-04-26 20:40

İspaniya futbolunun yeni rəhbəri bəlli oldu

blank
Digər idman növləri2024-04-26 20:21

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

blank
Dünya futbolu2024-04-26 20:00

Milandan Münhenə

blank
Premyer-liqa2024-04-26 19:41

“Sabah”dan “Səbail”lə matç üçün xüsusi aksiya – VİDEO

blank
Premyer-liqa2024-04-26 19:23

“Neftçi” – “Turan Tovuz” oyununun biletləri satışa çıxarılıb

blank
Dünya futbolu2024-04-26 19:05

Morata satıla bilər

blank
Digər idman növləri2024-04-26 18:47

Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib

blank
I Liqa2024-04-26 18:30

“Şamaxı”dan növbəti qələbə

blank
Digər idman növləri2024-04-26 18:11

Formulada xal sistemi sabit qaldı

blank
Milli komanda2024-04-26 17:54

Millimizin təlim-məşq toplanışı olacaq

blank
Müsahibə2024-04-26 17:39

Vidadi Rzayev “Araz-Naxçıvan”ın özünə gələcəyinə inanmır

blank
Digər idman növləri2024-04-26 17:22

Olimpiadanın püşkünün atılacağı gün məlum oldu

blank
Ölkə futbolu2024-04-26 17:05

Yüksək Liqada 20-ci turun oyun cədvəli müəyyənləşdi

blank
Digər2024-04-26 16:50

Azərbaycan Minifutbol Federasiyasında yeni təyinat

blank
Dünya futbolu2024-04-26 16:32

“Çelsi” onları satmaq istəyir

blank
Ölkə futbolu2024-04-26 16:15

Daha 3 komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-26 16:00

Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu

blank
Dünya futbolu2024-04-26 15:42

Tuhel üçün 10 min imza

blank
Ölkə futbolu2024-04-26 15:27

Millimizin üzvü Macarıstanda bürünc medal qazandı

blank
Ölkə futbolu2024-04-26 15:09

“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”

blank
Ölkə futbolu2024-04-26 14:38

Yüksək Liqa təmsilçisi çempionatdan kənarlaşdırıldı

blank
Ölkə futbolu2024-04-26 14:19

“İnklüziv futbol turniri” keçirilib

blank
Əvəzedicilər2024-04-26 14:00

Rəqibini təhqir etmiş 3 futbolçuya 3 oyunluq cəza

blank
Ölkə futbolu2024-04-26 13:44

“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza

blank
Ölkə kuboku2024-04-26 13:30

“Qarabağ” kubok matçına görə 800 manat cərimə ödəyəcək

blank
Premyer-liqa2024-04-26 13:17

Premyer Liqanın üç klubu kənar şəxslərə görə cərimələndi

blank
Digər idman növləri2024-04-26 13:00

Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm