Dünya futbolu
Karambö, Ronaldo və Bellingem
Cud Bellingem “Real” formasında meydana çıxdığı 9 oyunda 8 qol və 3 məhsuldar ötürmə ilə fərqlənir. İngiltərə millisinin üzvü dünən “Napoli” ilə oyunda göstəricisini bu həddədək yaxşılaşdırmağı bacardı.
Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi bu mövsüm Avropanın 5 aparıcı liqasının müdafiə və yarımmüdafiə xəttinin oyunçuları arasında ən yaxşı göstəriciyə mailkdir.
Bellingem Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda dünən növbəti qolunu vurmaqla “Real”ın da tarixinə düşdü. Onadək yalnız Kristian Karambö (1998) və Kriştiano Ronaldo (2009) ilk iki ÇL matçında qol vurmuşdu.