Digər idman növləri
Karuana ilin şahmatçısı seçildi
2018-ci ildə şahmat üzrə dünya çempionu adı uğrunda görüşün iştirakçısı, amerikalı qrossmeyster Fabiano Karuana Fransanın “Europe Echecs” nəşri tərəfindən 2023-cü ilin ən yaxşı şahmatçısı seçilib.
İtaliya əsilli amerikalı şahmatçı keçən il ABŞ Şahmat Çempionatının, “Sinquefield” kubokunun, “Sent-Luis Rapid & Blitz” sürətli şahmat turnirinin və “Superbet Chess Classic Rumıniya” yarışının qalibi olmuşdu. Karuana həmçinin dünya kubokunda üçüncü yeri tutaraq “İddiaçılar turniri”nə vəsiqə qazanıb.
Xatırladaq ki, şahmat üzrə “İddiaçılar turniri” bu il aprelin 2-dən 25-dək Torontoda (Kanada) keçiriləcək. Hazırda dünya çempionu çinli qrossmeyster Dinq Lirendir.