I Liqa
“Karvan”da iki vida
“Karvan” iki futbolçu ilə yollarını ayırıb. Ruslan Voronsov və Elnur Mustafazadə ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Yevlax klubu futbolçulara təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb. I Liqa təmsilçisi onların əvəzinə yeni futbolçuların axtarışına başlayıb.
Qeyd edək ki, Ruslan bu mövsüm “Karvan” forması ilə meydana çıxdığı 10 oyunda 6 qola imza atıb. Elnur Mustafazadə isə 7 oyunda 2 qol vurmağa müyəssər olub.