I Liqa
“Karvan”dan böyükhesablı qələbə
Futbol üzrə Region Liqasında 12-ci turun oyunları keçirilir. Turun açılış matçı Yevlax şəhər stadionunda baş tutub. “Karvan” doğma azarkeşlər önündə Şəkinin eyniadlı komandası ilə üz-üzə gəlib.
Oyun ev sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb. Yevlaxlılar qonaq komandanın qapısından 8 top keçirməyə müyəssər olub. Şəkililər buraxılmış topların yalnız birinin əvəzini çıxıblar.
“Karvan” xallarının sayını 27-ə çatdırıb və turnir cədvəlində ikinci pillədəki mövqeyini qoruyub. Şəki komandası isə xal toplamayıb və turnir cədvəlinin sonuncusudur.
Qeyd edək ki, növbəti turda “Karvan” səfərdə Şəkinin digər təmsilçisi “Marxal”ın qonağı olacaq.
BƏHRUZ MUSAYEV, YEVLAX
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?