Dünya futbolu
Kazemiro ilin, Modriç ayın ən yaxşısı seçildi
İspaniyada 2020-ci ilin ən yaxşı latın amerikalı futbolçusu məlum olub.
Futbolinfo.az xəbər verir ki, “Real”ın yarımmüdafiəçisi Kazemiro ən yaxşı elan edilib.
Bu barədə “kral klubu”nun mətbuat xidməti məlumat yayıb. Xəbərdə braziliyalı futbolçunun İspaniyada ötən ilin ən yaxşı latın amerikalı oyunçusu seçildiyi diqqətə çatdırılıb.
“Real”da yanvarın ən yaxşı futbolçusu da məlum olub. Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç “kral klubu”nda yanvarın ən yaxşı oyunçusu seçilib. O, ardıcıl üçüncü aydır ki, bu mükafata sahib çıxır.
Qeyd edək ki, 35 yaşlı yarımmüdafiəçi yanvarda 6 oyuna çıxıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”