Dünya futbolu
“Kenni qovulmaq istəmirsə, Azərbaycana qalib gəlməlidir”
İrlandiya millisinin sabiq yarımmüdafiəçisi Conni Caylz yığmanın DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəyi oyundan öncə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, veteran futbolçu komandanın Bakıda məğlub olacağı halda baş məşqçi Stiven Kenninin qovulmasını istisna etməyib:
“Kenninin qarşıdakı oyunlara yanaşmasının dəyişib-dəyişməyəcəyini bilmək çox çətindir. Amma indi elə vəziyyətdir ki, hansı yolla olur-olsun, nəticə əldə etməlidir. O, hazırda kritik dönəmdədir. İşini davam etdirmək üçün bu matçlarda qələbə qazanmalıdır. Azərbaycanı məğlub edə bilməsə, ciddi problemlərlə üzləşəcək”.
Oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya matçına saat 20:00-da start veriləcək.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”