Ölkə futbolu
“Keşlə”nin İmamverdiyev problemi
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Cavid İmamverdiyevin durumundan narazıdı. “Sabah”dan gələn yarımmüdafiəçi artıq çəkidən əziyyət çəkir.
Çalışdırıcı futbolinfo.az-a müsahibəsində Cavidi formaya salmaq üçün əllərindən gələni etdiklərini bildirib: “Çəki artıqlığı ciddi problemdi. Yükləmələr zamanı əzələsi dözməyənlər var. Bu səbəbdən işimizi tədricən görməyə, diqqətli olmağa məcburuq. Yeni transferlərdən Cavid İmamverdiyevdə problem var. 10 gün ərzində 5 kq çəki atdı, daha 2-3 kq-dan qurtulmalıdı. Bu səbəbdən əzələlərində də problem yaranıb, tam hazır deyil. İndi istirahətdə olsaq da, ona dayanmaq imkanı verməmişik, onlayn qaydada fərdi məşq keçirik. Daha çox məşq edir ki, qaydaya düşsün və Qəbələdə onu ideal formaya salaq. Şəhriyar Əliyev, Tural Axundov və Rəhman Hacıyevdə hər hansı problem yoxdu, qısa müddətdə ansambla uyğunlaşdılar”.

- Ölkə futbolu2023-06-03 20:49
Xəbərimiz təsdiqləndi: AFFA İcraiyyə Komitəsi II Divizionun yaradılması üçün göstəriş verdi
- Ölkə kuboku2023-06-03 22:36
Ölkə kubokunu “Qəbələ” qazandı!
- Ölkə futbolu2023-06-03 13:30
Hamidu Keyta rəsmən “Qarabağ”da!
- Ölkə futbolu2023-06-04 08:50
“Neftçi”dən ayrılan futbolçuların ilkin siyahısı