Ölkə futbolu
“Keşlə” güclənir, “Neftçi” legionerlər üçün yer boşaldır
Rəhman Hacıyevin “Neftçi”ni “Keşlə”yə dəyişməsi yay transfer dövrünün hələlik ən gözlənilməz keçididi. “Ağ-qaralar” üçün belə vacib futbolçunun əsas rəqiblərdən birinin düşərgəsinə yollanması düşündürücüdü.
Maraqlıdı ki, bu keçid hər iki komandaya medalların təqdim edildiyi gün reallaşdı. Və “Neftçi”ylə müqavilə müddətini daha bir il uzadıb “Keşlə”yə icarəyə verilən Rəhman paytaxt klubları arasındakı dəyiş-düyüşün 3-cü səhifəsidi. Daha öncə Cabir Əmirli “Neftçi”yə getmiş, əks marşrutla Tural Axundov “Keşlə”yə gəlmişdi.
İki gümüş medalçıyla anlaşan “qırmızı-ağlar” növbəti çempionatda ən azı bu medallara iddia edəcək. Xüsusilə Hacıyevin gəlişi “Keşlə” üçün müsbət məqamdı. Əvvəlki klubunda əsas heyətə düşməkdə çətinlik çəkən bu oyunçu şans verildiyi təqdirdə bacarığını göstərir. Standart vəziyyətlər zamanı “Keşlə”yə verəcəyi xeyri zamanla görəcəyik. Təəssüf ki, “Neftçi”nin məşqçiləri onun bu üstünlüyündən faydalanmadı.
Tərlan Əhmədovun çempionluğa oynayacaq komanda qurmaqda olduğunu da vurğulamalıyıq. Cavid İmamverdiyevin də transferini nəzərə alsaq, məşqçi vaxtilə “Neftçi”də birgə işlədiyi yerliləri başına toplayır. Hazırda rumın klubundan birdəfəlik alınması üçün danışıqlar aparılan Sezar Meza Kollinin komandaya qayıdacağını nəzərə alsaq, yarımmüdafiədə ciddi rəqabət olacaq.
“Neftçi”yə gəlincə, heyətin belə silkələnməsi ciddi transferlərin anonsu olmalıdı. Paytaxt klubu xeyli əcnəbini yola salıb və indi boşluqları doldurmaq zamanıdı. Yaxın günlərdə legioner transferiylə bağlı yeni xəbərlərlə tanış olacağıq. Avropa Liqasının oyunlarına kimi heyəti komplektləşdirmək, həm də faydalıları seçmək lazımdı. Bacarıb-bacarmayacaqlarını zaman göstərəcək. Rəhmanın gedişinə şərait yaradılırsa, deməli, ciddi planlar var.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”