Ölkə futbolu
“Keşlə” “Səbail”lə heç-heçəyə razılaşdı
Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Keşlə” bu gün növbəti yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Sənan Qurbanovun çalışdırdığı kollektiv Premyer Liqanın digər təmsilçisi “Səbail”lə üz-üzə gəlib.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan görüşdə qalib müəyyənləşməyib. Hesabı “Səbail” açsa da, matçın sonlarında “Keşlə” məğlubiyyətdən xilas olmağı bacarıb.
Qeyd edək ki, bu, “Səbail”in yay hazırlıq prosesi çərçivəsində ilk sınağı idi. “Keşlə” isə daha öncə “Qarabağ”la yoxlama oyunu keçirib və 0:7 hesabıyla uduzub.
Yoxlama oyunu
9 iyul
Keşlə – Səbail 1:1
Qol: Omar Qudiabi, 87 – R.Əliyev, 45.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?