Ölkə futbolu
“Keşlə” Sezarın yerinə braziliyalı gətirir
“Keşlə” yeni transferə hazırlaşır. Paytaxt klubu yenə əcnəbi futbolçu ilə güclənəcək.
Futbolinfo.az xəbər verir ki, Alvaro Luis Tavares Vieira ilə birillik müqavilə razılaşdırılıb. Braziliyalı yarımmüdafiəçi yaxın günlərdə Bakıya gəlib rəsmi anlaşma imzalayacaq.
Avropa Liqasındakı fiaskodan sonra klub rəhbərliyi heyətdəki problemli mövqeni gücləndirməyi lazım bilib. Sezar Meza Kolli ilə yeni müqavilə bağlamaq mümkün olmadığından, braziliyalı ilə razılıq əldə edilib. Hazırda vətəni Paraqvayda olan və ölkəmizə gələ bilməyən Sezar maliyyə məsələlərində də “Keşlə” ilə anlaşmayıb və indi onun “Zirə”ylə danışıq apardığı deyilir.
Bakılıların yeni baş məşqçisi Yunis Hüseynov təyinatı zamanı daha iki oyunçuya ehtiyac duyduğunu demişdi. Amma yəqin ki, Alvaro onun sonuncu futbolçusu olacaq. Çünki “Keşlə” onsuz da əcnəbi bolluğuna düşüb və büdcədə daha bir transfer üçün limit qalmayıb.
Tavares Sezarın mövqeyinə – pleymeyker kimi transfer edilsə də, əslində, sağ cinahda da oynaya bilir. Vətənində “Uniao Mogi”, “Frankana”, “Monte Asul” klublarında ümumilikdə 14 oyuna 1 qol vuran 25 yaşlı braziliyalının son iş yeri “Lvov” olub. 2019-cu ildə Ukraynaya gələn futbolçu mövsüm bitəndən sonra sərbəstdi. Burada 21 matçda 3 dəfə fərqlənən yarımmüdafiəçi “Keşlə”yə azad agent kimi gəlir.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…