Dünya futbolu
Keysuke Hondanın yeni klubu bəlli oldu
Futbol üzrə Yaponiya milli komandasının sabiq yarımmüdafiəçisi Keysuke Honda özünə yeni klub tapıb.
Futbolinfo.az xəbər verir ki, 34 yaşlı futbolçu bundan sonra karyerasını Portuqaliyada davam etdirəcək.
O, “Portimonense” klubu ilə müqavilə imzalayıb. Bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Honda mövsümün sonuna qədər “Portimonense”də çıxış edəcək.
“Portimonense” klubu Portuqaliya Premyer Liqasında 15-ci sıradadır.
Yaponiya millisində 98 oyun keçirmiş Honda, 2014-2017-ci illər aralığında “Milan”ın uğurları üçün çalışıb. Yarımmüdafiəçi son olaraq Braziliyanın “Botafoqo” klubunda çıxış edib. Onun formasını geyindiyi klublar arasında “Naqoya”, “Venlo”, ÇSKA (Moskva), “Paçuka”, “Melburn Viktoriya” və “Vitess” də var.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar