Dünya futbolu
“Kiminsə Rusiyanın təklifinə ciddi yanaşacağına inana bilmirəm”
Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyanın 2028 və 2032-ci il Avropa çempionatlarına ev sahibliyi üçün namizədliyini irəli sürməsinə münasibət bildirib.
Futbolinfo.az xəbər verir ki, Conson, Belçikanın paytaxtı Brüsseldəki NATO sammitində çıxışı zamanı Rusiyanın hansısa futbol və ya mədəniyyət tədbiri keçirmək arzusunun satiradan da betər olduğunu deyib:
“Kiminsə onların təklifinə ciddi yanaşacağına inana bilmirəm. Ən yaxşısı o olardı ki, Rusiya qoşunları dərhal Ukraynadan çıxardı və bu hüquq Ukraynaya verilərdi”.
AÇ-2028-ə ev sahibliyi üçüb Böyük Britaniya və İrlandiya da birgə namizədliyini verib. FİFA və UEFA Ukraynaya hərbi müdaxiləsinə görə Rusiyanın klublarını, milli komandalarını bütün yarışlardan kənarlaşdırıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…