Dünya futbolu
Kloppu narazı salan fərq
“Liverpul”un baş məşqçisi Yürgen Klopp narazıdır. O, hamıya eyni qaydaların tətbiq edilməsini istəyir.
Futbolinfo.az xəbər verir ki, alman mütəxəssis Səudiyyə Ərəbistanında transfer pəncərəsinin avropayla müqayisədə 20 gün gec bitməsini ədalətsiz sayır: “Bu, çox pisdir. Qurumların rəhbərləri ümumi sitem yaratmalıdır. Hamıya eyni şərait yaradılmalı, heç kimə fərq qoyulmamalıdır. Hər kəs üçün qaydalar bərabər olmalıdır, yalnız o zaman sistem işlək ola bilər”.
Kloppun narahatlığı əbəs deyil. Səudiyyə Ərəbistanının bir çox klubları “Liverpul”un oyunçularına müştrəi düşüb. Avropada transfer pəncərəsi bağlandıqdan sonra hansısa futbolçu heyəti tərk etməli olsa, onların yerini doldurmaq mümkün deyil.