Ölkə futbolu
Klublarımızın əcnəbi dərdi – hamı iyulu gözləyir
Premyer Liqada mövsüm dayandırılsa da, klubların problemləri bitmir. Söhbət heç də yeni mövsümə hazırlıqdan, oyunçu transferlərindən getmir. İş ondadı ki, elita təmsilçiləri ötən mövsümdən qalma problemlərin əsiridi.
Sərhədlərin bağlanması, xarici ölkələrə gediş-gəlişin bağlanması yeni əcnəbi transferində ciddi problemlərə səbəb olub. Yeni müdafiəçi ilə anlaşan “Qarabağ”, bir neçə əcnəbi gətirmək istəyən “Neftçi”, “Keşlə”, “Sabah” oyunçularına qovuşa bilmir. Ən böyük problem isə fasilə müddətinə vətəninə baş şəkmək istəyən əcnəbilərlə bağlıdı. Eyni zamanda klublarımızın imtina etdiyi, lakin Azərbaycanı tərk edə bilmədiyindən klublar üçün əlavə yükə çevrilən legionerlər də var.
Hələlik aviareyslərin açılması gündəmdə deyil. Hamı gözünü Bakı – İstanbul reysinə dikib. İyulun 1-dən etibarən qardaş ölkəyə məhdud sayda uçuşlar planlaşdırılır və klublar bütün ümidini bu xəbərə bağlayıb.
Türkiyədə olan Azərbaycan vətəndaşlarının, o cümlədən tələbələrin ölkəyə gəlməsi və müxtəlif şəxsi səbəblərə görə Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq üçün iyulun 1-dən başlayaraq qarşılıqlı razılıq əsasında həftədə iki dəfə Azərbaycan Hava Yollarının (AZAL), iki dəfə isə Türk Hava Yollarının (THY) Bakı – İstanbul – Bakı və İstanbul – Bakı – İstanbul istiqaməti üzrə xüsusi reysləri həyata keçiriləcək. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, digər ölkələrdə olan və Azərbaycana geri qayıtmaq istəyən vətəndaşlar, o cümlədən tələbələr də İstanbul hava limanının tranzit imkanlarından istifadə edərək bu marşrut üzrə Azərbaycana gələcəklər. AZAL-ın reysləri həftənin cümə axşamı və şənbə günlərində, THY-nın reysləri isə çərşənbə və cümə günlərində icra olunacaq.
Lakin reyslər əsasən Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Klublar AFFA-nın bu işdə yardım etməsini, əcnəbilərin ölkəmizdən gedişində yardımçı olmasını gözləyir. Artıq bəzi müraciətlər də var və iş aparılır. Legionerləri olan klublar hamısı birləşərək müəyyən xərc çəkməyin, çarter reyslərini şərikli təşkil etməyin də əleyhinə deyil.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?