Dünya futbolu
Konfrans Liqası: 3 oyuna 2 qol
Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.
“Botev” Bolqarıstanda qarşılaşdığı Kipr APOEL-i ilə ev oyunundan qolsuz heç-heçə ilə ayrılıb. “Sutyeska” (Monteneqro) ilə “Klaksvik”in (Farer adaları) görüşündə də qapılara qol vurulmayıb. Farer adalarının digər təmsilçisi “Vikinqur” isə evdə Slovakiya təmsilçisi “Dunayska Streda”ya 2 cavabsız qolla uduzub.
Bu mərhələnin qalan oyunları iyulun 21-də keçiriləcək. Cavab matçları isə ayın 26-28-i aralığında baş tutacaq.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
19 iyul
Hibernians (Malta) – Levadiya (Estoniya) 3:2
Tirana (Albaniya) – Zrinski (Bosniya və Herseqovina) 0:1
La Fiorita (San-Marino) – Ballkani (Kosovo) 0:4
20 iyul
Botev (Bolqarıstan) – APOEL (Kipr) 0:0
Vikinqur (Farer adaları) – Dunayska Streda (Slovakiya) 0:2
Sutyeska (Monteneqro) – Klaksvik (Farer adaları) 0:0
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq