Ölkə futbolu
Konfrans Liqası: “Sumqayıt”ın ilk oyununun vaxtı dəyişdirildi
“Sumqayıt”ın Serbiyanın “Çukariçki” komandası ilə UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçirəcəyi ilk oyununun vaxtı dəyişdirilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Belqrad təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İyulun 22-də keçirilməsi nəzərdə tutulan matç bir gün əvvəl – iyulun 21-də oynanılacaq.
Buna səbəb iyulun 22-də Serbiyanın digər klubu “Partizan”ın da Konfrans Liqasında Slovakiyanın “Dunayska Streda” komandası ilə ev oyununa çıxmasıdır. UEFA-nın qaydalarına əsasən, bir ölkənin iki komandası eyni gündə evdə avrokubok matçı oynaya bilməz.
Komandalar arasında cavab oyunu iyulun 29-da Sumqayıtda olacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?