Dünya futbolu
Koutinyo əməliyyat olunacaq
“Barselona”nın yarımmüdafiəçisi Filippe Koutinyonun zədələndiyini və bir müddət yaşıl meydanlardan kənarda qalacağını xəbər vermişdik.
Futbolinfo.az xəbər verir ki, braziliyalı futbolçunun durumu ciddi olduğuna görə əməliyyata ehtiyac duyulub.
Bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə Koutinyonun yaxın günlərdə əməliyyat olunacağı diqqətə çatdırılıb. Əməliyyatdan sonra futbolçunun dəqiq nə vaxt yaşıl meydanlara qayıdacağı barədə məlumat veriləcək.
Qeyd edək ki, Koutino “Eybar”la 1:1 hesabıyla bitən matçda sıradan çıxmışdı.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”