Bizi izləyin

Müsahibə

Krivotsyuk dəyişiklik istəyir: “Azərbaycanda indi futbolun çətin vaxtıdır”

blank
blank

Cənubi Koreyanın “Daejon” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk bu ölkənin mətbiatına maraqlı müsahibə verib. Futbolinfo.az saytı xəbər verir ki, 24 yaşlı müdafiəçi yerli çempionatla Azərbaycan Premyer Liqasını da müqayisə edib.

– Bu ana qədər sizin və klub üçün yaxşı mövsüm keçir. Artıq yolu yarılamısınız. Çıxışınızı necə qiymətləndirirsiniz?

– Düşünürəm ki, karyeramın ən yaxşı mövsümüdür. Hamı mənim K Liqasındakı çıxışımı gördü. Söhbət təkcə qollardan və ya məhsuldar ötürmələrdən yox, oyun zamanı göstərdiyim performansdan gedir. Rəqiblərim də məni yaxşı futbolçu kimi qəbul edirlər. Ona görə də yaxşı mövsüm olduğunu deyə bilərik. Amma hələ bitməyib. Ümid edirəm ki, belə davam edəcəyəm.

– Komandanızın bumövsümdəki nəticələri sizi qane edir?

– Bəli. Düşünürəm ki, mövsümə çox yaxşı başladıq, xallar qazandıq. Həmçinin, ilk “üçlük”də olan güclü komandaları məğlub etdik. Bu mövsüm məqsədimiz K Liqa 1-də qalmaqdır. Çünki “Daejon” uzun müddət idi bu çempionatda deyildi. İlk mövsümdə böyük klublara qarşı yaxşı performans göstərmək vacib idi. Ümid edirəm ki, gələcəkdə ilk “altılıq” bizə kifayət etməyəcək. Çünki hələ də acıq. Bir futbolçu kimi, mən də həmişə ən yaxşı olmaq istəyirəm. İnanıram ki, gələcəkdə ilk “beşliy”ə və ya ilk “üçlüy”ə düşəcəyik.

– Oynadığınız Avropa liqaları ilə müqayisədə K Liqasının səviyyəsi necədir?

– Azərbaycanda zəngin tarixi olan ən böyük klubda oynamışam, sovet dönəmindən “Neftçi” yüksək mövqelərdə olub. K Liqası ilə müqayisə etsəm, ən böyük fərqin azarkeşlər və tamaşaçılar arasında olduğunu deyə bilərəm. Çünki burada insanlar futbolu sevirlər. Əksər insanlar oyuna uşaqları ilə gəlir. Hər kəs maraqlanır. Azərbaycanda indi futbolun çətin vaxtıdır. Bəlkə də insanları stadionlara cəlb etmək üçün nəyisə dəyişmək lazımdır.

O ki qaldı Polşa çempionatına, bu liqanın çox güclü olduğunu hər kəs bilir. Stadionlara da çox adam gəlir, komandaların səviyyəsi yaxşıdır. Bir çox komandalar çox güclüdür. İlk “beşliy”ə iddiaçılar çoxdur. Açığı, K Liqasına gəlməzdən əvvəl xüsusi hisslər gözləmirdim. Çünki bu liqa haqda bəzi yaxşı şeyləri eşitməmişdim. Amma gələndə heyran oldum. Karyeramı yenilədiyim üçün sevindim. Fikrimi təzələdim. Polşada çox şans qazanmırdım, bəzi çətinliklərim var idi. Söhbət məşqçilər korpusu ilə bağlı deyil. Cənubi Koreyada isə yaxşı komandaya, kollektivə, komanda yoldaşlarına və əla azarkeşlərə rast gəldim. Mən özümü evdəki kimi hiss edirəm. Səviyyə də məni heyran etdi.

– Gözlədiyinizdən daha tez uyğunlaşdınız?

– Evimdən çox uzaqda olduğumüçün daha çox vaxta ehtiyac yaranacağını gözləyirdim. Amma burada komanda yoldaşlarım və məşqçilərim mənə kömək etdilər. Mənə qarşı nəzakətli və çox mehribandırlar. Bu da tez uyğunlaşmağıma kömək oldu. Polşada keçirdiyim çətin dönəmdən sonra bura bütün oyunlarda iştirak etməyə gəlmişəm.

– Niyə K Liqasını seçdiniz?

– Bu klubdan konkret təklif aldım, niyyətini aşkar bildirdi. Başqa klublardan da təkliflər var idi. Amma onlar kağız üzərində idi. “Daejon”a keçidim bir həftə ərzində baş verdi. Bazar ertəsi mənimlə ilk əlaqə saxladılar və cümə günü artıq müqavilə imzaladım.

– Transferin qısa müddətdə baş verdiyini dediniz. Menecer və ya prezident sizə klubun vizyonu və hədəfləri barədə nə dedi?

– Mövqeyimdə mənim kimi oyunçu tapmağa çalışdıqlarını dedilər. Mənə hansı üslubda oynadıqlarını, futbol tərzini və məndən meydanda necə istifadə etmək istədiklərini izah etdilər. O an dedim ki, komandaya kömək edə bilərəm. Komandanın bəzi nəticələrinə və oyunlarına baxdım, qərarımı verdim.

– Komanda yoldaşlarınızla ünsiyyətiniz necədir? Bəzi Koreya sözlərini öyrənmisiniz?

– Klubumuzda ingiliscə danışan oyunçu çoxdur. Bəziləri isə ingilis dilini bilmir. Bu, böyük problem deyil. Çünki bizim futbol dilimiz var, bir-birimizi başa düşə bilirik. Ona görə sadəcə ünsiyyət qurmağa çalışmaq lazımdır. Kimsə bəzi sözlər bilməsə belə, ünsiyyət qurmağa, əlimizlə nəyisə göstərməyə çalışırıq. İlk beş matçda ünsiyyət qurmaq çətin idi, amma indi müdafiə xətti və qapıçı ilə ünsiyyətimiz yaxşıdır. Məncə, Koreya dilini bir az öyrənməliyəm.

– Özünüzü neçə il burada görürsünüz?

– Nəticələrdən asılıdır. Sabah nə olacağını yalnız Allah bilir. Amma özümü bu klubda çox yaxşı hiss edirəm. Ağlımda məni məyus edən və ya əsəbiləşdirən heç nə yoxdur, hər şey qaydasındadır. Ümid edirəm ki, “Daejon”da uzun illər olacağam.

– “YouTube” videolarında açıq şəkildə görünür ki, paltardəyişmə otağında kifayət qədər səs-küylüsünüz, komandanın qalan üzvlərinə söz deməkdən çəkinmirsiniz. Halbuki cəmi 24 yaşınız var. Liderlik xüsusiyyətləriniz var. Həmişə belə olmusunuz?

– Mən belə düşünmürəm. Azərbaycanda oynayanda peşəkar karyerama təzə başlamışdım, gənc idim, çox təcrübəm yox idi. Sonradan milli komandada oynamağa başladım, çoxlu təcrübə qazandım. Dünyanın ən böyük oyunçuları Qaret Beyl, Luka Modriç, Kriştianu Ronaldoya qarşı oynadım. Düşünürəm ki, 24 yaşım olsa da, təcrübəmi komanda yoldaşlarımla bölüşə bilərəm. Bu təcrübə hər kəsə kömək edə bilər. Ona görə də bir şey görürəmsə, nəyi edə bilmiriksə və ya daha yaxşısını edə biləriksə, bunu deməliyəm.

– Azərbaycan millisində üz-üzə gəldiyiniz ən sərt hücumçu kim olub?

– Qaret Beyl. Hər kəs onu tanıyır, ən yaxşı tərəflərini bilir. Ona görə də həqiqətən çətin idi. Çox güclü, sürətlidir. Ağıllı oyunçudur. Uelslə matçımız var idi və mən də gənc idim. Beyl kimi oyunçulara qarşı necə müdafiə olunacağını komanda yoldaşlarımla bölüşmək mənim üçün böyük təcrübə idi.

AĞA

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-06 10:25

Qadınlarda “Vuelta”nın qalibi məlum oldu

blank
Ölkə futbolu2024-05-06 10:08

“Dinamo” Mahiri satmaq istəyir, amma…

blank
Premyer-liqa2024-05-06 09:51

“Səbail” “Qəbələ”yə qarşı

blank
Dünya futbolu2024-05-06 09:37

“Sportinq”in 20-ci çempionluğu

blank
Ölkə futbolu2024-05-06 09:20

Sumanın hesabı – 21 yaşlı üçün 2:1-lər

blank
Ölkə futbolu2024-05-06 09:02

Ramilin erkən əvəzlənməsi zəif oyunu ilə bağlı imiş

blank
Ölkə futbolu2024-05-06 08:45

Azərbaycan derbisinin darmadağınları – 9:1

blank
Ölkə futbolu2024-05-06 08:28

Son 3 tur: kim kimlə qarşılaşacaq?

blank
Digər idman növləri2024-05-06 08:14

Madriddə Rublyov sevindi

blank
Ölkə futbolu2024-05-06 08:00

“Zirə” ilə “Sabah”dan önəmli qələbə

blank
Digər idman növləri2024-05-06 02:12

Norrisin ilk qələbəsi

blank
Dünya futbolu2024-05-06 02:00

“Sevilya” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-06 01:40

“Milan” evdə, “Yuventus” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-05-06 01:18

“Bayer”dən darmadağın

blank
Dünya futbolu2024-05-06 00:57

“Çelsi” darmadağına sevindi, “Liverpul” “Tottenhem”ə qalib gəldi

blank
Dünya futbolu2024-05-06 00:35

Musanın komandasından inamlı qələbə

blank
Premyer-liqa2024-05-06 00:03

“Qəbələ”də üç itki

blank
Dünya futbolu2024-05-05 23:38

“Qalatasaray” darmadağına sevindi, Renat oynamadı

blank
Dünya futbolu2024-05-05 23:23

Coşqun, Bəxtiyar və Sərtan qələbəyə sevindi, Ramil və Vüsal…

blank
Premyer-liqa2024-05-05 22:32

“Sabah” bəxt sayəsində qalib gəldi” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-05 22:25

Renduliç: “Penalti təyin olunarkən reaksiyamız xoşuma gəlmədi”

blank
Digər idman növləri2024-05-05 22:18

“Xəzri” yarımfinalda!

blank
Premyer-liqa2024-05-05 21:49

“Sabah”a bir qol bəs etdi – VİDEO

blank
Digər idman növləri2024-05-05 21:21

Azərbaycan gimnastı Avropa Kubokunda gümüş medal qazandı

blank
Premyer-liqa2024-05-05 20:57

“Sabah”dan növbəti qələbə

blank
Digər idman növləri2024-05-05 20:22

Göygöldə Avropa Kuboku başa çatdı, Azərbaycan birinci oldu

blank
Premyer-liqa2024-05-05 20:00

Ayxan Abbasov: “Bacarmasam, çıxıb gedəcəyəm” – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:38

“Turan Tovuz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:19

Rəşad Sadıqov: “Bərabərlik də ədalətli nəticə olardı” – VİDEO

blank
Əvəzedicilər2024-05-05 18:59

“Qarabağ”ın əvəzediciləri “Neftçi”yə uduzdu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm