Premyer-liqa
“Layiqli 3 xal qazandıq” – Elmar Baxşıyev
Azərbaycan Premyer Liqasının 15-ci turunun “Qəbələ” – “Keşlə” oyunundan (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Futbolinfo.az sizi 41 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
“Gözlədiyimiz kimi, ağır oyun oldu. “Keşlə” güc futboluna üstünlük verən, hər zonada rəqibinə təzyiq edən komandadır. “Qarabağ”la matçdan sonra komandanı toparlamağa çalışdıq. “Keşlə” ilə qarşılaşmaya hazırlığı pozitiv şəkildə davam etdirdik. Məşqlərdə də hiss edirdik ki, futbolçular istəklidir və oyuna motivasiyalıdır. Bu gün komanda məzmunlu oyunla layiqli 3 xal qazandı. Komandanın çıxışı və yanaşmasından razıyam. Hücum planında daha da keyfiyyətli ola bilərik. Bu, komandanın maksimumu deyil”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”