Digər idman növləri
Lebron Ceyms: “Bu mövsümün sonuncu olacağını deyə bilmərəm”
“Los-Anceles Leykers”in forvardı Lebron Ceyms yay tətilindən qayıtdıqdan sonra gələcək karyerası haqda düşünmədiyini etiraf edib.
Xatırladaq ki, Lebronun 2024/25 mövsümü üçün də müqaviləsi var. Ona əsasən basketbolçu 51,4 milyon dollar qazanacaq.
Futbolinfo.az xəbər verir ki, ulduz forvardın sözlərinə görə, hazırda o bu mövsümdən sonra karyerasını davam etdirib-etdirməyəcəyi barədə düşünmür.
“Hələ bilmirəm. Özümü bir qədər başqa cür hiss edirəm. Artıq 21 yaşlı gənc deyiləm, bu dəqiqdir. Ancaq enerjim kifayət qədərdir, bununla bağlı heç bir problem yoxdur “, – deyə Ceyms qeyd edib.
38 yaşlı basketbolçu Parisdə keçiriləcək Olimpiya oyunlarında da çıxış etməkdə maraqlıdır: “Mənim üçün xoş olar. Baxacağıq, indidən yay haqqında nəsə söyləmək olmaz”.