Dünya futbolu
Lempard zədəlilərin çoxluğundan şikayətçidir
Frenk Lempard “Arsenal”la bugünkü oyun öncəsi keçirdiyi mətbuat konfransında itkilərdən danışıb. “Çelsi”nin müvəqqəti baş məşqçisi zədəlilərin çox olmasından şikayətlənib.
Futbolinfo.az xəbər verir ki, London derbisində “zadəganlar”ın bir neçə müdafiəçisi oynamayacaq: “Xalidu Kulibalinin oynamayacağı dəqiqdir. Onun hətta mövsümü başa vurduğunu deyə bilərik. Mark Kukurelya da 2-3 həftə olmayacaq. Meyson Maunt və Ris Ceymsin də durumu ciddidir, qalan oyunlarda bizə yardım edə bilməyəcəklər”.
Lempardı hücum xətti narahat etmir: “Kay Haverts məşqlərə başlayıb. Son anda özünü necə hiss edəcəyinə baxacağıq, start heyətdə yer alması mümkündür. Pyer-Emerik Obameyanqla bağlı problem yoxdur. O, formadadır və oynamağa hazırdır. Ancaq hücum oyunçularını hisslərimə görə yox, məşqdə özlərini necə göstərmələrindən asılı olarq seçəcəm”.
Xatırladaq ki, Lempardın gəlişindən sonra da məğlubiyyətləri sıralayan “Çelsi”nin avrokuboklara vəsiqə qazana bilməyəcəyi demək olar, dəqiqləşib. Paytaxt təmsilçisinin hətta autsayderlər qrupuna düşməsi mümkündür. Bugünkü matçda məğlubiyyət qeydə alınarsa, vəziyyət daha da pisləşəcək.
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-16 17:02
Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”