Dünya futbolu
Levandovski “Barselona”da tibbi müayinədən keçdi
Polşalı hücumçu Robert Levandovski “Barselona”da tibbi müayinədən keçib.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tibbi müayinə bu gün baş tutub.
İyulun 16-da “Barselona” Levandovskini transfer etmək üçün “Bayern” lə razılaşdığını elan edib. Hücumçu kataloniyalılarla 2025-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq.
Levandovski “Bayern”də keçirdiyi 8 mövsümdə 375 oyunda 344 qol vurub və 72 məhsuldar ötürmə edib.