Dünya futbolu
Levandovski Müllerin rekordunu təkrarladı
“Bayern” futbol üzrə Almaniya Bundesliqasında 16-cı turunda səfərdə “Ştutqart”a 5:0 hesabıyla qalib gəlib.
Futbolinfo.az xəbər verir ki, bu oyun Münhen təmsilçisinin hücumçusu Robert Levandovski üçün əlamətdar olub.
Bu oyunda dubla imza atan polşalı futbolçu 2021-ci ildə ölkə çempionatında vurduğu qolların sayını 42-yə çatdırıb.
33 yaşlı forvard bu göstərici ilə Almaniya millisinin və “Bayern”in sabiq futbolçusu Gerd Müllerin rekordunu təkrarlayıb. Əfsanəvi futbolçu bir təqvim ili üzrə 42 qol vurmağa 1972-ci ildə nail olmuşdu.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”