Ölkə futbolu
“Lex”in kapitanı: “Bizim də avrokubok təcrübəmiz çoxdur”
Polşanın “Lex” komandasının kapitanı Mikael İshak UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında doğma meydanda keçirəcəkləri matçla bağlı bunları söyləyib:
“Çempionlar Liqasının təsnifat mərhələsində çıxış etdiyimiz üçün xoşbəxtik. Hər bir komanda belə turnirdə oynamaq istəyər. Avrokuboklarda çıxış edirsənsə, 2-3 gündən bir oynamağa hazır olmalısan. 2 il öncə bu halla üzləşmişik. Əlbəttə, çox çətindir. Amma bizim də təcrübəmiz çoxdur”.
Sabah Poznandakı eyniadlı arenada baş tutacaq “Lex” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar