Müsahibə
“Linkoln”un futbolçusu: “İki səhv etdik və cəzalandıq”
UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində evdə “Qarabağ”a 1:2 hesabı ilə uduzan Cəbəllüttariqin “Linkoln” klubunun yeganə qolunun müəllifi Kike Qomes fubolinfo.az saytına müsahibəsi
– İlk oyun haqqında fikirlərin necədir?
– Çox çətin görüş oldu. Hər iki komanda meydanda əlindən gələnin ən yaxşısını etməyə çalışırdı. Fikrimcə, layiqli nəticə bərabərlik olardı. Amma biz son dəqiqədə qol buraxıb uduzduq.
– Hesabı açsanız da, qoruya bilmədiniz…
– Qol vurmaq əla hiss idi. Şəxsi olaraq mənim üçün yaxşı nəticə idi. Düşünürəm ki, bunu təkrarlaya bilərik. Sabah Bakıda da qol vurub qalib gəlmək niyyətimiz var.
– “Qarabağ” futbolçuları havanın çox isti olmasından və süni meydançadan şikayət edirdilər. Bununla razılaşırsız?
– Şərait hər iki komanda üçün eyni idi.
– Komandanızın sabahkı matça da evdəki kimi yaxşı başlayacağına inanırsan?
– Düşünürəm ki, bunu bacara bilərik. Evdə oyuna əla start vermişdik. Qol vurduq, üstünlük qazandıq. Amma sona qədər istədiklərimizi edə bilmədik.
– Düşünürsən ki, “Qarabağ”ın təcrübəsi onlara kömək etdi?
– Yox, bu cür düşünmürəm. Futbol elə şeydir ki, meydanda hər şey baş verə bilər. Bu matçı oynayırsansa, səhv edə bilirsən. Biz ilk matçda iki səhv etdik və cəzalandıq. Yəni bunun rəqibin təcrübəsi ilə əlaqəsi yoxdur.
– Uzun yol gəlmisiniz, sizin üçün çətin olmayacaq?
– Sabah çox çəin olacaq. Amma biz meydanda ən yaxşısını etməyə çalışacağıq.
FƏRİD
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO