Dünya futbolu
Liqa 1 klubunda baş məşqçi istefası
Fransanın “Nim” klubu baş məşqçisi Jerom Arpinonu istefaya göndərib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə 42 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Komanda müvəqqəti olaraq Paskal Plankeyə tapşırılıb.
Arpinon bu mövsümün əvvəlindən “Nim”ə rəhbərlik edirdi. Onun çalışdırdığı kollektiv bu mövsüm meydana çıxdığı 22 oyunda cəmi 15 xal toplaya bilib. Komanda 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…