Dünya futbolu
Liqa 1 klubunda ermənini fransız əvəz etdi
Fransanın “Monpelye” klubunda baş məşqçi təyinatı gerçəkləşib.
Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisinin “sükan”ı Olivye Dall Olyoya tapşırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 57 yaşlı fransız mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Olivye “Monpelye”də baş məşqçi postunda erməni Mişel Ter-Zakaryanı əvəzləyib. Erməni mütəxəssisin klubla bitən müqaviləsi yenilənməyib.
“Monpelye” Liqa 1-də mövsümü 8-ci sırada bitirib.