Bizi izləyin

Ölkə futbolu

Liqalarda Əjdaha axtarışı

blank
blank

İlk günlərini yaşadığımız 2024-cü il Şərq təqviminə görə Əjdaha ilidir, özü də yaşıl Əjdaha ili. Əjdaha gücün, müdrikliyin və ədalətin simvoludur. Çin mifologiyasında əjdahalar küləyi, yağışı idarə edir, havaya və məhsullara təsir edir, dünyaya firavanlıq gətirir.

Cənub-Şərqi Asiya ölkələrində Yeni il Qriqorian təqvimi ilə müqayisədə bir qədər gec başlayır, bu, birbaşa səma ulduzları olan Günəş və Ayın yerləşməsindən asılıdır. Ona görə də Şərq təqviminə əsasən, Əjdaha ili 2024-cü ilin yanvar ayının 1-də yox, fevralın 10-da başlayacaq. Əjdaha daha çox vaxtilə Yer kürəsində mövcud olmuş və daha sonra kökü kəsilmiş dinozavrlara bənzəyir.

“Əjdaha ili”ndə doğulanlara müxtəlif sahədə olduğu kimi, futbolda da rast gəlirik. Azərbaycan  çempionatlarında çıxış edən futbolçular arasında da belələri var. Bu yazıda Misli Premyer Liqası, həmçinin əvəzedicilərin çempionatı, I və II liqaların “əjdahalarına” nəzər salacağıq.

Digər illər kimi, Əjdaha ili də 12 ildən bir təkrarlanır. Təbii ki, liqalarımızda 2012-ci il təvəllüdlü futbolçu görməyimiz qeyri-mümkündür. Ancaq 2000 və 1988-ci il təvəllüdlü oyunçular var.

Misli Premyer Liqası: tək qocaman “əjdaha” kimdir?

Araşdırmamız nəticəsində məlum oldu ki, Misli Premyer Liqasının ilk yarısında Əjdaha ilinin ümumilikdə 18 üzvü iştirak edib. Ən çox “əjdaha”ya sahib elita klubları “Kəpəz” və “Sabah”dır. Mövsümün ilk hissəsində Gəncə klubunda 4 belə futbolçu meydana çıxıb. Söhbət Vurğun Hüseynov (1988), Vüsal Məsimov (2000), Şakir Seyidov (2000) və Elmir Tağıyevdən (2000) gedir. Onu da qeyd edək ki, Misli Premyer Liqasının 1988-ci il təvəllüdlü tək “əjdahası” məhz Vurğun Hüseynovdur.

“Sabah” da çempionatın ilk yarısında Əjdaha ilinin 4 üzvünün xidmətindən yararlanıb. Bunlar Nicat Mehbalıyev (2000), Kahim Parris (2000), Jarl Marqarita (2000) və Vinsent Tildir (2000).

Sonrakı pillələrdə “Qəbələ” və “Zirə” qərarlaşıblar. Hər iki komanda qış fasiləsinədək Əjdaha ilində doğulan 3 futbolçuya sahib olub. “Qəbələ”də bunlardan biri yerli, ikisi isə əcnəbidir. Söhbət Rauf Hüseynli (2000), Kristof Atanqana (2000) və Gilad Abramovdan (2000) gedir. “Zirə”də də 1 yerli, 2 əcnəbi “əjdaha” meydana çıxıb. Rəşad Sadıqovun ixtiyarında 2000 təvəllüdlü 3 futbolçu – Rüstəm Əhmədzadə, Tiaqo Silva və Filipe Paxtman olub.

Digər 4 komandanın (“Qarabağ”, “Neftçi”, “Sumqayıt” və “Araz-Naxçıvan”) hərəsində Əjdaha ilinin 1 nümayəndəsi var. Ağdam klubunda bu statusu Elvin Cəfərquliyev (2000) daşıyırsa, “Neftçi”də Yeqor Boqomolski, “Sumqayıt”da Kamran Quliyev, “Araz-Naxçıvan”da isə Elçin Mustafayev eyni ildə anadan olub.

Misli Premyer Liqasının 2 klubu – “Turan Tovuz” və “Səbail”in heyətində isə Əjdaha ilində doğulan fubolçu yer almayıb.

Əvəzedicilərin çempionatında “əjdaha” çatışmazlığı

Premyer Liqa klublarının əvəzedici heyətlərinə də nəzər saldıq. Əvəzedicilərin çempionatında cəmi 4 komandanın heyətində Əjdaha ilinin nümayəndəsi yer alıb. Bu göstəricidə “Zirə-2” rəqiblərini qabaqlayır. Paytaxt klubunda 2000-ci il təvəllüdlü 2 futbolçu var: Pərviz Azadov və Xəqani Sadıxov.

“Neftçi-2”, “Qarabağ-2” və “Sumqayıt-2” komandalarının hər birində isə 1 “əjdaha” var. “Neftçi-2”də Elton Əlibəyli, “Qarabağ-2”də Hüseyn Hüseynli, “Sumqayıt-2”də isə Cavid Quliyev 2000-ci ildə anadan olub.

I Liqada rekord göstərici

10 komandalı I Liqada da Əjdaha ilinin nümayəndələri meydana çıxıb. Maraqlı məqam ondadır ki, I Liqa təmsilçilərinin hər birinin heyətində “əjdahalar” var. Ümumilikdə bu liqada 31 “əjdaha” çıxış edir. “Əjdaha sayına” görə “Qaradağ Lökbatan” və “İmişli” rəqiblərini qabaqlayır. Hər iki klubda 5 belə futbolçu yer alıb.

“Qaradağ Lökbatan”da bütün “əjdahalar” 2000-ci il təvəllüdlüdür. Söhbət Əmrah Zülfüqarlı, Fərid Mahmudov, Kənan Cəfərov, Mehman Məsimov və Sultan Mustafayevdən gedir. “İmişli”də isə 5 futbolçudan 1-i qocaman “əjdahadır”. Belə ki, milli komandamızın sabiq üzvü Nodar Məmmədov 1988-ci ildə anadan olduğu halda, komandanın digər üzvləri Fərid Nadirov, Tolqar Yaqubov, Məzahir Əhmədov və Xəzər Mahmudov isə 2000-ci ildə doğulublar.

“İrəvan”da 4 (Seymur Əliyev, Bəşir Ayralov, Asim Əlizadə, Arsen Ağcabəyov), “Şamaxı”da 3 (Zahid Mərdanov, Kənan Quliyev, Emil Qasımov), “Mingəçevir”də 3 (Əsədulla Heydərov, Elmin Bayramov, Vidadi Cəfərov) və “Difai Ağsu”da 3 futbolçu (Bayram Paşazadə, Mehdi Əliyev, Tahir Zeynalov) 2000-ci ildə dünyaya göz açıb.

MOİK-də 2 “əjdaha” çıxış edir ki, onlardan biri – Sabir Allahquliyev “İmişli”dəki Nodar Məmmədov kimi 1988-ci il təvəllüdlüdür. “Hərbçilər”in digər oyunçusu Elşən Veysov isə 2000-ci ildə doğulub.

MOİK kimi, I Liqanın qalan klubları – “Karvan”, “Zaqatala” və “Araz Saatlı” da 2 “əjdaha” ilə təmsil olunurlar. “Karvan”da İzzət Müştəqov və Əyyub Cabbarov, “Zaqatala”da Rüstəm Nuruyev və Nizami Səmədov, “Araz Saatlı”da isə Samir Alıyev və Davud Mahmudov 2000-ci ildə anadan olub.

“Yeddibaşlı əjdaha”

2023-cü ildə yaradılan və 14 komandanın iştirakı ilə keçirilən II Liqada da Əjdaha ilinin təmsilçiləri çoxdur. Liqanın 12 komandası “əjdahaya” sahibdir. İki komanda – “Qusar” və “Lerik”in heyətində isə bu ilin nümayəndəsi yoxdur.

II Liqada “əjdaha sayına” görə “Ağdaş” 1-cidir. “Yeddibaşlı əjdaha” ilə təmsil olunan bölgə klubunda 5 futbolçu (Vasif Nəsirov, Mahir Salmanov, Xəzər Məmmədov, Oleq Xəlilov və Nicat Baxşiyev) 1988-ci, 2 oyunçu (Ayxan Məmmədli və Əbülfəz Əlizadə) isə 2000-ci ildə dünyaya göz açıb.

“Göygöl”də Əjdaha ilinin 3 üzvü var və hamısı (Kərim Vəliyev, İntiqam Tağıyev və Fərid Məmmədov) 2000-ci il təvəllüdlüdür.

“Baku Sportinq” 1988-ci il təvəllüdlü 2 (Comərd Baxşəliyev və Qərib İbrahimov), “Cəbrayıl” (Mənsum Hüseynov və Mehman Süleymanlı) və “Şəfa” (Rəşad Cabbarlı və Kamran Kərimov) isə 2000-ci il təvəllüdlü 2 “əjdaha”ya sahibdir.

Liqanın ilk yarısında “Füzuli”nin və “Kürmük Qax”ın heyətində də 2 “əjdaha” yer alıb. “Füzuli”də Hüseyn Axundov 1988-ci, Cəsur Hüseynov isə 2000-ci ildə doğulub. “Kürmük Qax”da hər ilin 1 nümayəndəsi var. Səbuhi Kazımov 1988-ci, Elcan Hafizli isə 2000-ci ildə anadan olub.

Digər 5 komanda isə liqada 1 “əjdaha” ilə təmsil olunur. Bu statusu “Kür-Araz”da Qeyrət Əliyev (1988), “Şahdağ Qusar”da Ruslan Ağalarov (2000), “Dinamo”da İlkin Həsənli (2000), “Şəmkir”də Ülfan Hüseynov (2000), “Sheki City” klubunda isə Orxan Kərimov (1988) daşıyır.

II Liqada Əjdaha ilində anadan olan ümumilikdə 25 futbolçu çıxış edir. 4 liqada isə mövsümün ilk yarısında cəmi 79 “əjdaha” yer alıb.

AĞA

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Əvəzedicilər2024-04-20 19:53

“Sumqayıt”ın əvəzedicilərindən darmadağın

blank
Premyer-liqa2024-04-20 19:35

“Daha dinamik oyun olmasını istərdim” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-04-20 19:09

“Zirə” “Neftçi”yə qarşı – YENİLƏNİR

blank
Premyer-liqa2024-04-20 19:00

“Bizi “Kəpəz”lə ilin oyunu gözləyir” – Sxadadze

blank
Digər idman növləri2024-04-20 18:43

Azərbaycan Kubokunun qalibi müəyyənləşdi

blank
Premyer-liqa2024-04-20 18:28

“Qarabağ”la “Qəbələ”dən məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-20 18:00

“Neftçi” bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-20 17:31

“Beşiktaş” millimizdə oynamış futbolçu ilə yollarını ayırdı

blank
Dünya futbolu2024-04-20 17:00

Niderland klubunun 18 xalı silindi

blank
Ölkə futbolu2024-04-20 16:18

Təbriz klubu yenə uduzdu

blank
Digər idman növləri2024-04-20 16:00

Pekin marafonunda qalmaqal: medallar geri alındı

blank
Digər idman növləri2024-04-20 15:38

Kanada millisinin dünya çempionatı üçün heyəti güclənir

blank
Dünya futbolu2024-04-20 15:19

“Mançester Yunayted”də yeni təyinat

blank
Digər idman növləri2024-04-20 15:00

Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 14:39

MBA-da mükafat fondu artırıldı

blank
Ölkə futbolu2024-04-20 14:22

“Neftçi”nin iki futbolçusu “Zirə”yə qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 14:07

Avroliqada yeni rekord

blank
Dünya futbolu2024-04-20 13:50

La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

blank
Əvəzedicilər2024-04-20 13:35

Əvəzedicilərin yarışında 31-ci turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 13:20

MBA-da pley-offun son cütlükləri də bəlli oldu

blank
Dünya futbolu2024-04-20 13:03

“Qalatasaray”da 5 yeni müqavilə

blank
Ölkə futbolu2024-04-20 12:48

“Qəbələ”nin 2 futbolçusu “Qarabağ”a qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 12:31

Çində gözlənilməzlik: Həmilton mübarizəni dayandırdı

blank
Digər idman növləri2024-04-20 12:16

Bu gün Azərbaycan Kubokunun qalibi bəlli olacaq

blank
Digər idman növləri2024-04-20 11:57

“Real”ın rəqibi məlum oldu

blank
Digər idman növləri2024-04-20 11:40

Ferstappen Çində də birinci oldu

blank
Digər idman növləri2024-04-20 11:23

Abasovun Torontoda növbəti sınağı

blank
Ölkə futbolu2024-04-20 11:05

Sərtan vacib matçda 81 dəqiqə oynadı

blank
Ölkə futbolu2024-04-20 10:47

Orxan Məmmədov vacib oyundan əvvəl “Zirə”ni ziyarət etdi

blank
Ölkə futbolu2024-04-20 10:30

Zirədə 2-ci yer uğrunda oyun

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm