Dünya futbolu
“Liverpul” evdə, “Tottenhem” səfərdə xal itirdi
Futbol üzrə İngiltərə Premyer Liqasında 15-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
“Lids” doğma meydanda “Bernli”ni minimal hesabla üstələyib. Dörd qolun qeydə alındığı “Vest Hem” – “Brayton” matçında qalib müəyyənləşməyib.
Lider “Liverpul” bu dəfə doğma meydanda “Vest Bromviç”i sınağa çəkib və xal itkisi ilə üzləşib. Turun son matçında Joze Mourinyonun rəhbərlik etdiyi “Tottenhem” səfərdə “Vulverhempton”un qonağı olub. “Liverpul” kimi, “Tottenhem” də hesabı açdığı oyundan xal itkisi ilə ayrılıb.
İngiltərə Premyer Liqası
15-ci tur
26 dekabr
Lester – Mançester Yunayted 2:2
Qol: Barnes, 31. Tuanzebe, 85-öz qapısına – Reşford, 23. B.Fernandes, 79.
Fulhem – Sauthempton 0:0
Aston Villa – Kristal Pelas 3:0
Qol: Traore, 5. Hause, 66. El-Qazi, 76.
Arsenal – Çelsi 3:1
Qol: Lakazette, 34-pen. Caka, 44. Saka, 56 – Abraham, 85.
Şeffild Yunayted – Everton 0:1
Qol: Siqurdsson, 80.
Mançester Siti – Nyukasl 2:0
Qol: İ.Gündoğan, 14. F.Torres, 55.
27 dekabr
Lids – Bernli 1:0
Qol: Bemford, 5-pen.
Vest Hem – Brayton 2:2
Qol: Conson, 60. Souçek, 82 – Maupay, 44. Dank, 70.
Liverpul – Vest Bromviç 1:1
Qol: Mane, 12 – Ajayi, 82.
Vulverhempton – Tottenhem 1:1
Qol: Saiss, 86 – Ndombele, 1.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…