Dünya futbolu
“Liverpul” özünə məxsus rekordu təkrarladı
İngiltərənin “Liverpul” klubu özünə məxsus rekordu təkrarlayıb.
Futbolinfo.az xəbər verir ki, Mersisayd təmsilçisi bütün turnirlərdə ardıcıl 25 oyundur məğlub olmur.
Yurgen Kloppun baş məşqçi olduğu komanda 17 matçda qələbə qazanıb, 8 qarşılaşma isə heç-heçə edib. “Qırmızılar” noyabrın 7-də İngiltərə Premyer Liqasında 11-ci turun “Vest Hem”lə səfər oyununda uduzmasalar, bu rekordu yeniləyəcəklər.
“Liverpul” son olaraq, 1982-ci ildə ardıcıl 25 görüşdə (20 qələbə, 5 bərabərlik) uduzmayıb.
Qeyd edək ki, “Liverpul” ötən gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Atletiko”nu 2:0 hesabı ilə məğlub edib və vaxtından əvvəl pley-offa vəsiqə qazanıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”