Dünya futbolu
“Liverpul”un yay planı
“Liverpul” yeni mövsüm üçün hədəflərini müəyyənləşdirib. Komandanın bu mövsüm hansı nəticəni göstərməsindən asılı olmayaraq, heyət ciddi şəkildə gücləndiriləcək.
Futbolinfo.az xəbər verir ki, klubun sahibləri uğursuzluqdan dərs çıxarıb. Onlar baş məşqçi Yürgen Kloppla müqavilə müddətini uzadaraq ona inamını ifadə etmək istəyir. Eyni zamanda yeni mövsümlə bağlı alman məşqçinin istəkləri nəzərə alınaraq transferlər ediləcək.
“Liverpul”un amerikalı sahibi Con Henri transferlər üçün ciddi məbləğ ayırıb. Əsas hədəf isə Dortmund “Borussiya”sında çıxış edən Cud Bellingemdir. İngiltərə millisinin oyunçusunun “Real”ı yox, məhz onları seçməsi üçün işlərə indidən start verilib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…