Dünya futbolu
“Liverpul”un zədəlilərindən ikisi sıraya döndü
İngiltərə çempionu “Liverpul”un zədəli futbolçularından Dioqo Jota ilə Vircil Van Deyk sağalıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.
Xəbərdə, portuqaliyalı hücumçunun artıq komanda ilə birgə məşqlərə qoşulduğu bildirilib. Van Deyk isə hələlik fərdi məşqlərlə kifayətlənir.
Jota ötən ilin 9 dekabrından zədəlidir. O, həmin gün “Midtyulland”la Çempionlar Liqası matçında sıradan çıxmışdı. 24 yaşlı futbolçu bu mövsüm 17 oyunda meydana çıxıb və 9 qola imza atıb.
Van Deyk isə ötən ilin oktyabrından zədəlidir. O, bu mövsüm “Liverpul”un heyətində cəmi 8 matça çıxıb və 1 qolla yadda qalıb.
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-01 10:02
Vadim “Araz-Naxçıvan”ı fərqləndirir: “Psixoloji cəhətdən axsayırdıq”