Digər idman növləri
“Los-Anceles Klippers”in liderliyi uzun sürmədi
MBA-da bu gecə 7 oyun baş tutub. Gecənin sensasiyası “Sakramento Kinqs” – “Detroyt Pistons” oyununda baş verib. Çempionatın autsayderi gözlənilmədən qalib gəlib – 133:120. Son perioda 2 xal üstün daxil olan meydan sahibləri qələbəni əldən veriblər. Qonaq komandanın heyətində Ayvi 37 xal toplayıb.
Qərb konfransında yenicə liderliyi ələ alan “Los-Anceles Klippers”in ilk pillədə qalması uzun sürməyib. Kaliforniyalılar evdə “Nyu-Orlean Pelikans”a məğlub olublar. Bu oyundan sonra meydan sahiblərinin oyunçusu Ceyms Harden MBA tarixində məhsuldar ötürmələrin sayına görə 15-ci pilləyə qalxıb.
Cimmi Batlerin tripl-dabl etdiyi qarşılaşmada “Mayami Hit” “San Antonio Spörs”dən üstün olub – 116:104. Qonaq komandanın türkiyəli basketbolçusu Cedi Osman 8 xal toplayıb. Bostanda yerli komanda “Atlanta Houks”u məğlub etməklə (125:117) liderliyini bir qədər də möhkəmləndirib.
Coel Embiidin zədələnməsindən sonra “Filadelfiya Siksers”in uğursuzluqları davam edir. Bu dəfə onlar evdə “Qolden Steyt Vorriors”a uduzublar – 104:127.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Müsahibə2024-04-16 08:00
Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”