Dünya futbolu
Luis Enrike: “Komandamdan çox məmnunam”
Futbol üzrə İspaniya milli komandasının baş məşqçisi Luis Enrike Millətlər Liqasının yarımfinalında İtaliyanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Futbolinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis 2:1 hesabıyla qələbə qazandıqları oyunla bağlı bunları deyib:
“Oyun bizim üçün yaxşı keçdi. Meydanda ən yaxşı keyfiyyətlərini nümayiş etdirən iki komanda var idi. Yaxşı oynadıq, komandamdan çox məmnunam. Yaxşı müdafiə olunduq, rəqibi təzyiq altında saxladıq və cəsarətli olduq. Bu, sadəcə bir oyun idi, hələ titul qazanmamışıq”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?