Dünya futbolu
Lukakunun taleyinə yayda aydınlıq gələcək
Romelu Lukakunun yeni mövsümə hansı klubda başlayacağı dəqiqləşməyib. Hazırda “İnter”də oynayan belçikalı hücumçu yayda “Çelsi”yə qayıa bilər.
Futbolinfo.az xəbər verir ki, forvard London klubuna məxsusdur. “Zadəganlar” 29 yalı oyunçunu 2021-ci ilin yayında məhz Milan təmslçiindən almışdı. Lakin İngiltərədə özünü doğrulda bilməyən Romelu ötən yay “İnter”ə icarəyə göndərildi. Mövsüm bitən kimi o, 2026-cı ilə kimi müqavilə ilə bağlı olduğu “Çelsi”yə dönməlidir.
“İnter”in texniki direktoru Cüzeppe Marotta bu haqda danışıb: “Lukakunun qalıb-qalmayacağı dəqiq deyil. Qərar vermək üçün çox tezdir. “Çelsi”nin nə düşündüyünə baxacağıq. Romelu qalmaq istəyir, niyyətini bilirik. Lakin hadisələri qabaqlamayaq”.